Şair Fərzalı Abbasəlioğlu:” Qocalığa gedən yollar”… VİDEO
ILAHIYET NƏĞMƏLƏRİ
Zəm-zəm axar bulaqlardan,
La iləhə illəllah.
Çim azad ol günahlardan,
La iləhə illəllah.
Varlığınla hakqa bağlan,
La iləhə illəllah.
Hifz eyləyər şər böhtandan,
La iləhə illəllah.
Bəd işlərə tövbə-tövbə,
La iləhə illəllah.
Gəl cənnətə, gəldi növbə,
La iləhə illəllah.
Halal ruzi minbir nemmət,
La iləhə illəllah.
Süfrələrə bin bərəkət,
La iləhə illəlah.
Qara fikri qəlbindən at,
La iləhə illəllah.
Üzə nur verər salavat,
Lə iləhə illəllah.
Günəş, ulduz, ay işığı,
La iləhə illəllah.
Dünyamızın yaraşığı,
La iləhə illəllah.
Məhəmmədin haqq səsidi,
La iləhə illəllah.
Əbədiyyət nəğməsidi,
La iləhə illəllah.
Fərzalı hər anda söylər
La iləhə illəllah.
Hər iki cahanda söylər,
La iləhə illəllah.
ÖMRÜMÜZDƏN
Bir ildə yaş gəldi ,yaş üsdə dostum,
Nə tez gəlib keçdi, il ömrümüzdən?
Günbəgün azalır gücüm, taqətim,
Gedir qocalığa yol, ömrümüzdən
Bəzən gözümdəki nəmi gizlətdim
Sevinci paylaşıb, qəmi gizlətdim.
Qəlb ağrıdan,çox sitəmi gizlətdim
Qaldı ürəyimdə xal,ömrümüzdən.
Yadıma saldıqca yetimliyimi,
Kaman tək sızladı, qəlbimin simi.
Görən ,övladlara bir ata kimi,
Borcum ödəndimi, bol ömrümüzdən?
Ürəyim gör neçə arzuyla dindi,
Dərgaha yetişən alqış mənimdi.
Nəvələr tanrıya şükredir indi,
Beçələr bəslənir,bal ömrümüzdən.
Hələ övlatlara duaçı varam
Halal süfrəmizə ,qatılmaz haram.
Ana atadılar, qürur duyuram.
Şənlik səsi gəlir, lal ömrümüzdən.
Mənimtək əzizdir, hər ata ana,
İnsanlıq göstərə, insan, insana.
Yaşlıya, qocaya, böyük olana,
Hər zaman saxladıq yol ömrümüzdən.
Fərzalı qismətdə ,qoşa düşərik
Kim olub, kiminsə ömrünə şərik?
Şahında, önündə baş endirmərik.
Təkcə yaradana, qul ömrümüzdən.
Şair Fərzalı Abbasəlioğlu – Pressaz. az