Dövlətimizin başçısı İlham Əliyev müharibədən sonra da milli maraqları rəhbər tutaraq atdığı hər addımı Azərbaycanın təhlükəsizliyini təmin edir və uğur strategiyasını reallaşdırır.

     Prezident İlham Əliyev Qarabağ zəfəri ilə dünyaya liderlik nümunəsi göstərdi.

     Bu gün bütün dünya siyasətçiləri Azərbaycana qibtə edir, uğurlarımız, qələbələrimiz heyranlıqla qarşılanır.
44 günlük vətən müharibəsindəki tarixi zəfərimiz Azərbaycanı bütün dünyaya qalib ölkə, xalqımızı isə qəhrəman xalq kimi tanıtdı. Qazanılan bu uğurlara görə isə, Müzəffər Ali Baş komandan İlham Əliyevə minnətdarıq.
Bizim hər bir uğurumuz cəsur, dünya şöhrətli iki əsrin sərkərdəsi olan Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır.
      Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük tarixi qələbələrə imza atdı.
      Azərbaycan 44 gün ərzində misli görünməmiş, parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu.
     Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında idi. Xalqımız çox əziyyət çəkirdi, lakin, Ali Baş Komandanın güclü siyasəti nəticəsində sentyabrın 27-də Azərbaycan ordusu əks-hücum hərəkətinə keçərək torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qalxdı.
      Ali Baş Komandanın əmri ilə Azərbaycan əsgərləri 44 gün ərzində istəyinə nail oldu, ədaləti bərpa etdi. Bu 44 günün hər günü bizim şanlı, zəfər tariximiz oldu.
      Azərbaycan xalqı bu günü, bu zəfəri 30 ilə yaxın müddət ərzində gözləyirdi. Gözləyirdilər ki, Ali Baş Komandan “vur” əmrini versin.
     Nəhayət ki, cənab prezidentimizin vaxtında düşünülmüş atılan addımları, bizim gücümüzü səfərbər edərək, bir yumruq kimi birləşərək düşmənin “başını” əzməyə müvəffəq oldu. Dəmir yumruq bizim birliyimizin, gücümüzün təcəssümünə çevrildi. Bu gün biz əminik ki, dövlətimizin başçısı İlham Əliyev müharibədən sonra da milli maraqları rəhbər tutaraq atdığı hər addımı, verdi­yi hər mesajı ilə Azərbaycanın təhlükəsizliyini təmin edir və uğur strategiyasını reallaşdırır.
       Artıq Azərbaycan yeni inkişaf dövrünə qədəm qoyub. Azad edilmiş torpaqlarımıza bundan sonra şən, firavan həyat qayıdacaq və bu qələbənin sevincinə görə bu qələbənin memarı olan Ali Baş Komandana minnətdarıq!

Aqil Məmmədov – millət vəkili