Nizami Qərib – “Ey Ulu Öndər”
EY ULU ÖNDƏR
Saldığın bağ-bağça çiçəkdir bu gün.
Şehli tumurcuqlar ləçəkdir bu gün.
Şuşa arzuların gerçəkdir bu gün,
Ey Ulu Öndər.
Qoymadın haqq qalsın qolları bağlı,
Xalqı həmrəy etdin aranlı, dağlı.
Müstəqil dövlətin qəhraman oğlu,
Ey Ulu Öndər.
Sənin etdiklərin deyildir asan,
Ömrünü xalqına eylədin ehsan.
Qəlblərdə əbədi yaşayan insan,
Ey Ulu Öndər.
Bütün Türk dünyası eli-obası,
Könüllər fəth etdi xeyir-duası.
Körpə fidanların Heydər babası,
Ey Ulu Öndər
Nizami Qərib.
10.05.2022.