Hüquqşünas şair Ədalət Əroğlu: “Əzizdir torpağın -daşın, ay Şuşa!”…
Sonra Sumqayıt şəhərindəki 44 nömrəli Texniki Peşə Məktəbinə daxil olub.
1984-cü ildə Hərbi xidmətə çağrılıb.
1986-cı il mayın 10-da Hərbi xidməti bitirərək Sumqayıt şəhərində 1 nömrəli Tresin Tikinti İdarəsində fəhlə olaraq işləməyə başlayıb.
Fəhlə işləyə-işləyə 1992-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olub və 1997-ci ildə həmin Universiteti müvəffəqiyyətlə bitirib.
02 sentyabr 1994-cü ildən Sumqayıt şəhər Xalq Məhkəməsində Dəftərxana işində çalışmağa başlayıb.
1998-ci ildən Məhkəmə İclas katibi (Hakim köməkçisi) vəzifəsində çalışıb.
01 dekabr 2000-ci ildə həmin vəzifədən öz xahişi ilə azad olunub.
10 dekabr 2000-ci ildən 14 noyabr 2007-ci ilədək Müstəqil Hüquq Məsləhətxanasında fəaliyyət göstərib.
14 noyabr 2007-ci ildən “İZZƏT” MMC-nin təsisçisidir.
Hazırda “İZZƏT” MMC Hüquq Məsləhətxanasının və Tədris Mərkəzinin direktoru vəzifəsində çalışır.
Ailəlidir 3 övlad atasıdır. Övladlarının da Vətən üçün dəyərli şəxsiyyət olması üçün əlindən gələni əsirgəmir. Bununla yanaşı Hüquqşünas olaraq hər kəsə-özündən böyüklərə və öz yaşıdlarına hörmət, kiçiklərə qayğı göstərməklə hörmət qazanıb.
Milli Məclis və Bələdiyyə seçkilərində bir neçə dəfə qeydiyyatdan keçərək namizəd olmuşdur.
“Qızıl Qələm” və “Ulu Öndər” Media Mükafatları Laureatıdır.
AJB-nin üzvü, “Yurd” jurnalının və “XX ƏSR, Ədalətli iş, düzgün söz” qəzetinin redaktorudur.
“İçimizdə yurd adlı yaramız var”, “Sözün yurd ağrısı, “Tran harayı” və “Oyanan Ruhlar…” şeirlər kitablarının müəllifidir.
“ƏDALƏT İŞIĞINDA” Ədəbi Birliyin sədridir.
“Mənim Vətənim”, “Dünya yalan dünyadı”, “Zirvəyə doğru”, “Sevənlərin dünyası”, “Qarabağ həsrəti”, “Dünyada yaşasın anamın adı”, “Ömür yollarında”, “Dolub boşaldı dünya”, “Qeyrətdən gələn haray”, “Zirvə”, “Türk dünyası şeir seçkisi 5-6” və Sivasda “Şairlər seçkisi-12” poeziya antologiyalarında, “Vətən”, “Zəfər”, “Poeziya çələngi”, “Canım Azərbaycanım”, “Şahdağı” və s. ədəbi məcmuələrdə, dahi şairimiz M.Müşfiqin 110 illiyi ilə əlaqədar çap olunmuş “Göyərçin əllər” poetik toplusunda, İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı çap olunmuş “Cahana sığmaran” almanaxının I və II hissəsində, “Yurd” Jurnalında, “Ədalət yolu”, “Sabaha İnamla” qəzetlərində bir neçə şeirləri, “Azərbaycan Gəncləri”, “Kolxozçu”, “Sosialist Sumqayıtı”, “Ədalət yolu”, “İdeal Market”, “Gündəm xəbər”, “Sabaha inamla” qəzetlərində məqalələri işıqüzü görüb.
Bir çox internet portallarda – “Sabaha-inamla.az”, “Sumqayıtfakt.az”, “ZiM.Az”, “Zirve-info”, “Qərib.az”, “Manevr.az” “Pressaz.az” “Xəbərləcom.az”, “Ədalətyolu.az”, “Gündəmxəbər.az”, “Presspark.az” və s. saytlarda onlarla şeirləri və kiçik məqalələri dərc olunub.
“XX-XXI Əsrin Yaradıcı İnsanları və Ziyalıları”, “Xan Çinarın Yetirmələri” kitablarının yaradıcı heyətinin üzvüdür.
Bir neçə şeirləri rus və özbək dillərinə tərcümə olunmuşdur.
Bir neçə şeirlərinə isə mahnılar bəstələnmişdir.
Müntəzəm olaraq öz vətənpərvər şeirləri ilə bir çox dövlət tədbirlərində çıxış edib.
TURAN SƏRKƏRDƏSİ, CƏNAB ƏRDOĞAN!
Bu günəş heç zaman sönən deyildir,
Əsla orbitindən dönən deyildir,
Göyün qübbəsindən enən deyildir,
Turan sərkərdəsi, Cənab Ərdoğan!
*
İgid Komutanı Türk dünyasının,
Yenilməz Sultanı, Türk dünyasının,
Qeyrəti, vicdanı, Türk dünyasının,
Turan sərkərdəsi, Cənab Ərdoğan!
*
İslamın mərd cəngavəri sən oldun,
Neçə xalqın ümid yeri sən oldun,
Sözü bütöv Xaqan kimi döğuldun,
Turan sərkərdəsi, Cənab Ərdoğan!
*
Türkün bayrağını ucaltdın göyə,
Cahanda ədalət, haqq olsun deyə,
Daim çətin anda çatdın köməyə,
Turan sərkərdəsi, Cənab Ərdoğan!
*
Başımız üstünü almışdı duman,
Bu qanlı savaşdan yox idi aman,
Dedin: Tək deyilsən, can Azərbaycan!
Turan sərkərdəsi, Cənab Ərdoğan!
*
Sizsiz bir qələbə çala bilməzdik,
Düşməndən qisası ala bilməzdik,
Bir canda iki qəlb ola bilməzdik,
Turan sərkərdəsi, Cənab Ərdoğan!
*
Əroğlu xoşbəxtlik arzular Sizə,
Doğma qardaşıq biz, sevgim var Sizə,
Eşq olsun Sizin tək rəhbərimizə-
Turan sərkərdəsi, Cənab Ərdoğan!
MƏN ÖZÜMƏM, ÖZÜM!
Məni kimsəyə bənzətməyin!
Mən buyam, Özüməm, Özüm!
*
Məni nəyəsə bənzətməyin!
Mən nə axan çayam,
nə göydə Ulduz,
nə Günəş, nə də Ayam.
Allahın izni ilə yaranmış payam.
Mən buyam, Özüməm, Özüm!
*
Məni təbiətə bənzətməyin!
Başı qarlı dağlara…
Coşub-daşan çaylara…
Göydə uçan quşlara…
Bəzi yatan başlara…
Mən buyam, Özüməm, Özüm!
*
Məni heç nəyə bənzətməyin!
Nə açılmış gülə;
Nə saralmış sünbülə;
Nə də ki,
həsrətlə oxuyan bülbülə.
Mən buyam, Özüməm, Özüm!
*
Məni heç kimə bənzətməyin!
Mərdiməzar deyiləm,
Kiminsə haqqına girməm,
Haqqını yemərəm.
Mən buyam, Özüməm, Özüm!
*
Məni heç nəyə bənzətməyin!
Məni var-dövlət ilə ölçməyin,
Başıma bir tac qoyub,
Şahsan!-deyib seçməyin,
Boş yerə and içməyin.
Mən buyam, Özüməm, Özüm!
*
Məni heç kimə bənzətməyin!
Hər yetənə baş əymərəm,
Bir kimsəni incitmərəm,
Mənəm, Türk oğlu, Türk deyilən.
Mən buyam, Özüməm, Özüm!
*
Məni heç nəyə bənzətməyin!
Mən hər kiməm buyam!
Yeri gəlsə, bir Orduyam,
Canım-gözüm,
Əroğluyam!
Özüməm ki, Özüm!
ŞUŞA
Sabahların Xeyir, möhtəşəm Şuşa!
İki Türk bayrağım dayanıb qoşa.
Sevincdən millətim gəlibdir cuşa,
El-oba şəninə, mahnılar qoşa.
*
Qələbə sevincin bölüşəm gərək,
Ulu yurdum ilə görüşəm gərək,
Sarılıb boynuna, öpüşəm gərək,
El-oba şəninə, mahnılar qoşa.
*
Əsməsin Üstündən heç zaman külək,
Düşmən acısını biryolluq silək.
Vətən torpağının qədrini bilək,
El-oba şəninə, mahnılar qoşa.
*
Şuşa bayatımdır, Şuşa muğamım,
Bir daha yüksəldi, enməz Bayrağım,
Düşmənin kəsmişik yurddan ayağın,
El-oba şəninə, mahnılar qoşa.
*
Cıdır düzü, İsa bulağındayam,
Vaqiflə görüşmək arzusundayam,
Natəvan anamdan mən də bir payam,
El-oba şəninə, mahnılar qoşa.
*
Arzular sinəmdə bir meydan oldu,
İki doğma qardaş bütöv can oldu,
Türanım yolumda açan dan oldu,
El-oba şəninə, mahnılar qoşa.
*
Sən ey millətimin başının tacı,
İllərdir çəkirəm çox möhnət, acı,
Yalnız sənsən, dərdlərimin əlacı,
El-oba şəninə, mahnılar qoşa.
*
Şuşanın dağları, yaşıl yamacı,
Niyazi sevgisi, Bülbül inancı,
Qanla suvarıldı, yalı, yamacı,
El-oba şəninə, mahnılar qoşa.
*
Sənsən üzüyümün qaşı ay Şuşa!
Əzizdir torpağın-daşın, ay Şuşa!
Bir də dərd görməsin başın ay Şuşa!
Əroğlu şəninə, mahnılar qoşa.
UCALA BİLMƏZ
(Şəhidlərimizə ithafən)
Sağalmaz yarası Şəhid balanın,
Yüz illər dolanıb keçsə aradan.
Saraylar ucalsa zərli qaladan,
Şəhidin ruhutək ucala bilməz.
Qalxıb qartaltək uca göylərə,
Püskürüb vulkantək, axsa çöllərə,
Ulduztək özünü sayanlar belə,
Şəhidin ruhutək ucala bilməz.
Dünya fəth etsə də kosmosu, ayı,
Nə qədər tikilsə şahlar sarayı,
Deyimlər çoxalıb artsa da sayı,
Şəhidin ruhutək ucala bilməz.
Ədaləti aciz bilib sayanlar,
Özgə torpağına ayaq basanlar,
Şərəf lövhəsində özünü asanlar,
Şəhidin ruhutək ucala bilməz.
ANA DİLİM
Ana dilim var olsun,
Qoy aləmə car olsun,
Sanki baldı, şəkərdi,
Sevməyənə ar olsun.
*
Ana dilim ucadır,
Ulu vətən qocadır,
Bu dünya bir bacadır,
Tanrı bizə yar olsun.
*
Dilim türkdür, ürəkdir,
Dəmir yumruq, biləkdir,
Haqqa çatan diləkdir,
İstəməyən xar olsun.
AL-QAN İÇİNDƏDİR TORPAĞIM, DAŞIM
İşğal olub yurdum, zəhərdir aşım,
Şəhid olubdular, qohum, qardaşım,
Axır gözlərimdən acı göz yaşım.
Al-qan içindədir, torpağım, daşım.
Döyüşür əsgərlər, oyanır Vətən,
Şəhid qanı ilə boyanır Vətən,
Poladlar çiynində dayanır, Vətən,
Al-qan içindədir, torpağım, daşım.
Dilbilməz cahildir, düşməndir yağı.
Dağıdıb yurdumu, o cənnət bağı,
Unuda bilmərik, biz Qarabağı,
Al-qan içindədir, torpağım, daşım.
Faciələr gördük, dözdük, qardaşlar,
Şəhidlərim yurda olub sirdaşlar,
Düşmən quduzlaşıb, kəsmir savaşlar,
Al-qan içindədir, torpağım, daşım.
Əsgərim əyilməz, güclüdür Ordum,
Əsir qala bilməz, mənim o yurdum.
Ürəyimdə nifrət, döyüşə durdum.
Al-qan içindədir, torpağım, daşım.
Dözmək olmur, bu alova, bu közə,
Baxa da bilmirəm ağlayan gözə,
Əroğlu ağrıya, de necə dözə?
Al-qan içindədir, torpağım, daşım.
NƏ İDİ
Qarabağ əsirdir, dözürəm, qağa,
Yollar bağlanıbdı, dönübdür dağa,
Düşmənin başına göydən daş yağa,
Bilməzdim bu acı, qəhər nə idi.
Bülbüllər oxuyub, dövrə vurardı,
Cəh-cəh nəğmələri qəlbə dolardı,
Elimdə hər zaman toylar olardı,
Bilməzdim bu acı, qəhər nə idi.
Bir zaman öz elim, obam var idi,
Anam da, Xalam da, hamı sağ idi,
Əmim də, dayım da bir dayaq idi,
Bilməzdim bu acı, qəhər nə idi.
Ədalət, yaşayıb gəldin bu çağa,
Qocalıb dönmüsən körpə uşağa,
Gözümün yaşı da quruyub daha
Bilməzdim bu acı, qəhər nə idi.
ƏDALƏTİN HARAYI
Ədalətəm, səsləyirəm sizləri,
Ruhum gəzir, o dağları, düzləri,
Arxa olun, bükülməsin dizləri,
Gülsün yenə xalqımızın üzləri.
Qarabağım haraylayır bizləri,
Dəyişibdir yurdumuzun izləri,
Dağıdıblar imarəti, küzləri,
Təmizləyək, o murdar ilbizləri.
Məzarlarım soraqlayır bizləri,
Su verilmir, quruyub nərgizləri,
Yatmayaq biz, axtaraq evsizləri,
Sevinsin ruhları, gülsün üzləri.
Yurda köçək, ömür keçsin yüzləri,
Dağ başına qaldıracam sizləri,
Dostlar bulaq üstə vursun “yüzləri”,
Xoşa gəlsin Ədalətin sözləri.
NƏ XOŞDUR…
(Millət Vəkillərinə ithaf edirəm)
Nə xoşdur seçilə, Millət Vəkili!
Sevilib xalqına bir yoldaş ola.
Millətin arzusun, istək diləyin,
Çiynində gəzdirən bir sirdaş ola.
Nə xoşdur seçilə, Millət Vəkili!
Vətənə layiqli vətəndaş ola.
Millətin yolunda çıxa haqq yola
Vətənin yolunda torpaq, daş ola,
Nə xoşdur seçilə, Millət Vəkili!
Düşünə həmişə vətən, torpağı,
Sevə ölkəsini, ola dayağı,
Ucalda göylərə, haqqı, bayrağı.
Nə xoşdur seçilə, Millət Vəkili!
Hifz edə, qoruya, dərdli kəsini,
Tanrıya çatdıra o haqq səsini,
Verə töhfəsini, öz müjdəsini.
Nə xoşdur seçilə, Millət Vəkili!
Dünyaya baxışı ədalət ola,
Ürəyində insaf, səxavət ola,
Sözünü deməyə cəsarət ola.
Nə xoşdur seçilə, Millət Vəkili!
Başını əyməyə özgə bir xalqa,
Rəbbimdən güc ala, o qalxa-qalxa.
Hər kəs onu sevə, ucala, qalxa.
Nə xoşdur seçilə, Millət Vəkili!
Kənardan bir anlıq özünə baxa,
Dərdilinin üzünə, gözünə baxa,
Dinləyə oduna, közünə baxa.
Nə xoşdur seçilə, Millət Vəkili!
İsidə qəlbləri söz ocağıyla,
Aləmə nur saça öz qucağıyla.
Bəhrəsini verə bar ağacıyla.
Nə xoşdur seçilə, Millət Vəkili!
Ədalət aynası ola şəkili.
Milləti verməyə yola, Vəkili,
Gücünü millətdən ala Vəkili.