Oktyabrın 29-u axşam saatlarında gözlənilən hava şəraiti
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Oktyabrın 29-u axşam saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu 15-17 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Oktyabrın 29-u axşam saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu 15-17, dağlarda 5-7 dərəcə isti təşkil edəcək.