“Haber Global” bahara hazırlaşan Şuşada – VİDEO

Türkiyənin “Haber Global” kanalının əməkdaşları Qarabağa yollanıb.

Bahara hazırlaşan Şuşada, işğaldan azad edilən torpaqlarda yenidənqurma işləri işıqlandırılıb: “Şuşa ayağa qalxır”.

Reportajda Ağdamın yenidən bərpasına, minalanmış ərazilərin təmizlənməsinə diqqət çəkilir. “Bir tərəfdən yeni Ağdam inşa edilir, digər tərəfdən 27 illik işğalın nəticələri bütün dünyaya göstəriləcək”, – deyə qeyd edilir.