“ƏDALƏT İŞIĞINDA” Ədəbi-bədii məclisində Azərbaycanımızın dəyərli söz ustaları ilə görüşü oldu.
22 yanvar 2022-ci il tarixdə “ƏDALƏT İŞIĞINDA” Ədəbi-bədii məclisində Azərbaycanımızın dəyərli söz ustaları ilə görüşü oldu.
Tədbirdə AJB-nun üzvü, “Ədalət işığında” ədəbi-bədii məclisin sədri Ədalət Əroğlu məclis üzvlərini salamlayaraq tədbiri açıq elan etdi.
Məclisdə dəyərli şairlərimizdən Azərbaycan respublikasının əməkdar artisti, şair Nazir Rüstəmli, Hidayət Qarabulaq, Elçin Səlimli, Fərhad Nəhmətoğlu, AYB, AJB-nin üzvləri Xaqani Abbasəli Öztürk, AYB, AJB-nin üzvü Asif Asiman, AJB-nin üzvü Miraslan Rasim, Ağcabədi rayonundan Sumqayıtda olan qonağımız Allahverdi bəy və AJB-nin üzvü Ədalət Əroğlu iştirak edirdilər.
Məclisin sədri Ədalət Əroğlu məclisdə “20 Yanvar” Şəhidlərimizdən danışıb onların keçdiyi həyat yollarından söhbət açdı və şeirlərindən səsləndirdi. Azərbaycanımızın müasir ədəbiyyatından söz aşdı. Məclisin üzvü, dəyərli söz sahibi şairimiz olan Asif Asimanın “Ad Günü” münasibəti ilə təbrik edib ona həyatda can sağlığı, ruzi-bərəkət, ailə səadəti, ədəbi yaradıcılığında uğurlar dilədi.
Məclisdə iştirak edən bütün şair və şairələrimiz də şairimiz Asif Asimanı təbrik edərək yeni yazdıqları şeirləri ilə çıxışlar edib məclisimizdə rəngarəng şeirlər səsləndirdilər.
Məclisdə iştirak edən və ürəyi bizimlə olan, müəyyən səbəblərdən məclisimizə qoşula bilməyən dəyərli şairlərimizə də təşəkkür edirəm.
AJB-nin üzvü, “ƏDALƏT İŞIĞINDA” Ədəbi Məclisin sədri, Hüquqşünas-şair Qafarov Ədalət İzzət oğlu (ƏROĞLU)