Biləsuvar rayonunda çağırışyaşlı gənclərin iştirakı ilə mədəni-kütləvi tədbir keçirildi

Azərbaycan Respublikası  Gənclər və İdman Nazirliyi tərəfindən gənclərin hərbi xidmətə həvəsləndirilməsi məqsədi ilə 2018-ci ilin oktyabr  ayının 25-də  Biləsuvar rayon Mədəniyyət Evində   təbliğat xarakterli mədəni-kütləvi tədbir keçirildi.
Tədbirdə  Gənclər və İdman Nazirliyinin vətənpərvərlik sektorunun müdiri Əli Məmmədov, Biləsuvar  rayon  İcra   hakimiyyəti  başçısının müavini Ləman Yüzbaşova , Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov,  Səfərbərlik və Hərbi  Xidmətə  Çağırış  üzrə  Dövlət  Xidmətinin Biləsuvar rayon şöbəsinin rəis müavini Ramiq Soltanov, Təhsil Şöbəsinin  müdir müavini Əlisafa Qəmbərov   iştirak  və çıxış etdilər.
Keçirilən təbliğat xarakterli tədbirdə gənclərin hərbi xidmətə həvəsləndirilməsi ilə bağlı tövsiyələr verildi, onların hərbi-fiziki və mənəvi-psixoloji  hazırlığının yüksəldilməsi sahəsində görüləcək işlərin əsas istiqamətləri diqqətə çatdırıdı.
Çağırışyaşlı gənclərin iştirakı ilə keçirilən tədbir gənc müğənnilərin ifasında hazırlanmış konsert proqramı ilə yekunlaşdı.

http://www.mys.gov.az