Rəna Qurbanlı Qılıcova: “ZƏHƏRƏ DÖNƏN SEVGİ” – Poema…
ZƏHƏRƏ DÖNƏN SEVGİ
(Poema)
Soyuq külək əsir lap aram-aram.
Sanki söyləyir ki, burda mən varam.
Ətrafa çökübdü qatı qaranlıq.
İnsanı vahimə basır bir anlıq.
Göz- gözü görməyir elə bil bu an.
Vahimə içində gəzişir Rizvan.
Təlaşla boylanır o, telefona.
Xoş xəbər verəcək telefon ona.
Övlad gözləyirdi Rizvanın özü.
Ekranda ilişib qalmışdı gözü.
Rizvan boylanırdı o yan, bu yana.
Ağrılar çəkirdi həkimdə ana.
Aradan keçmişdi bir xeyli zaman.
Soyuq üşüdürdü Rizvanı bu an.
Həyətdə bir qədər o, var-gəl etdi.
Xəyalən əvvəlki illərə getdi.
Həmin xəstəxana, həmin bu həyət.
Dünyaya gəlmişdi onda Hidayət.
İlk övlad dadını onda dadmışdı.
Sevincdən yerində donub qalmışdı.
Aradan keçmişdi, artıq düz üç il.
Həmin günlər idi sanki elə bil.
Gözləyirdi indi qız övladını.
Natavan qoymuşdu hətta adını.
Öncədən bilirdi qızı olacaq.
Səs-küyü,sevinci evə dolacaq.
Su kimi axaraq gedirdi zaman.
Bir xəbər yoxuydu hələ də bu an.
Saat bir-birini əvəz edirdi.
Yarpaq tək ömürdən bir gün gedirdi.
Gəzirdi həyətdə bütün hər yeri.
Nəhayət həkimdən aldı xəbəri.
Təbrik eylədilər orda Rizvanı.
Dedilər qurtardı Sevincin canı.
Dünyaya gətirdi qız övladını.
Gəl təbrik eylə sən indi qadını.
Gəlirdi uşağın ağlamaq səsi.
Sevincək görürdü Rizvan hər kəsi.
Uçmağa yoxuydu onun qanadı.
Sevincdən yadına gəlmirdi adı.
Tələsik cibinə atdı əlini.
Həm işə salmışdı sirin dilini.
Hər kəsə payladı öz nəmərini.
Çox xoşbəxt görürdü o,qədərini.
Hamıya nə qədər dil-ağız etdi.
Sevincək dostların yanına getdi.
Üz tutdu dostların yanına Rizvan.
Uçmağa qanadı yoxuydu bu an.
Rizvanı dostları təbrik edirdi.
Burda çox gözəl bir məclis gedirdi.
*****
Getdikcə özünə gəlirdi Sevinc.
Artıq yorulmuşdu, dayanmışdı
dinc.
Nə qədər çəkmişdi ağrı, əziyyət.
Ancaq yaxşı idi sonda vəziyyət.
Sevgiylə baxırdı uşağa özü.
Uşağa dikilib qalmışdı gözu.
Çox razı qalmışdı o, yaradandan.
Qızına baxırdı doğulan andan.
Əsirdi ananın hələ vücudu.
Yoxuydu sevincin həddi-hüdudu.
Körpənin nəbizi tez-tez atırdı.
Səsiylə aləmi sanki qatırdı.
Dünyaya gələndə əvvəl ağladı.
Gözündən sel kimi yaşlar çağladı.
Sonunda kiriyib sakit dayandı.
Sanki o,özünü bir mələk sandı.
Boylandı o yana,gah da bu yana.
Fəxirlə qızına baxırdı ana.
Ananın ürəyi sevinclə doldu.
Elə bil dünyanın xoşbəxti oldu.
Sevinirdi qızı gəlib dünyaya.
Bənzədirdi onu günəşə, aya.
Sevincin canından ayrılmışdı can.
Gözləri qızında qalmışdı bu an.
Uşağı bələyib ordan aldılar.
Üstünə isti bir yorğan saldılar.
Sonra da ananı rahatladılar.
Bir həftə birlikdə orda qaldılar…
*****
Günlər bir-birini əvəz edirdi.
Vaxt-vədə su kimi axıb gedirdi.
Rizvanın yoxuydu gecə- gündüzü.
Çox çətin gülürdü həmişə üzü.
Pul üçün aləmi sanki qatırdı.
Hər işə əlini hər an atırdı.
O, alın təriylə pul qazanırdı.
Olduqca özünü xoşbəxt sanırdı.
Oxuyub mühəndis olmuşdu
Rizvan.
İşində bir gəlir yoxuydu bu an.
Həmişə vaxtında işə gedirdi.
Aldığı məvacib azlıq edirdi.
Özünü vururdu o, oda , közə.
Heç bir şey dəymirdi yenə də
gözə.
Maşın növbəsinə durmuşdu Rizvan.
Narahat olurdu həmuşə, hər an.
Çox azlıq edirdi yığdığı pulu.
Bilmiir neyləsin allahın qulu.
Dişini o, sıxdı bir gün canına.
Böyük qardaşının getdi yanına.
Fikirli gedirdi, o, addım-addım.
Məqsədi varıydı istəsin yardım.
Qardaşı evinə artıq çatmışdı.
Həyəcan içində tərə batmışdı.
Əvvəlcə ətrafa bir qulaq asdı.
Aramla bu evin zəngini basdı.
Aradan keçmişdi azacıq zaman,
Qapıda göründü qardaşı Ruslan.
Sevindi Rizvanı gördüyü anda.
Bir kədər varıydı özündə onda.
Rizvanı bağrına basdı o dəmdə.
Səni istəyirdim, söylədi mən də.
Sevincək Rizvanın girdi qoluna.
Onlar üz tutdular evin yoluna…
****
Ruslanın otuz beş olardı yaşı.
Onu çox sevirdi bacı , qardaşı.
Evin ilk övladı olmuşdu Ruslan.
İşgüzar olmuşdu həmişə, hər an.
Evliydi, varıydı onun arvadı.
Gülcahan deyərək çağrıldı adı.
Ev-eşik, hər şeyi verdi yaradan.
Bir qızı doğuldu onun anadan.
Uşağın yoxuydu hələ heç adı.
Nədənsə bu uşaq çox yaşamadı.
İlk və son uşağı bu qız olmuşdu.
Artıq ümüdləri gül tək solmuşdu.
İllərdir həkimə yol salmışdılar.
Yenə də yanları boş qalmışdılar.
Ruslanın varıydı gözəl imkanı.
İşinə, evinə bağlıydı canı.
Ticarət işində o, çalışırdı.
Başı iş-güc ilə hey qarışırdı.
Həmişə Rizvana kömək edirdi.
Arada onlara qonaq gedirdi.
*****
Bir qədər fikirə getmişdi Rizvan.
Nəsə xatırladı elə bil bu an.
Əlini atdı o, tez telefona.
Gördü heç məsaj da çatmayır
ona.
Özünü itirdi, elə bu zaman.
Gözünün önündə canlandı Ruslan.
Hardadır görəsən onun qardaşı?
Əvvəllər yığardı hər addım başı.
Qardaşım hardadır , bu sözü demir?
Gəlməyir heç ondan nə səs, nə
səmir.
Dalbadal zəng etdi o, telefona.
Heç cavab vermədi yenə də ona.
Kədərlə bir qədər fikirə daldı.
Bu işə özü də onun mat qaldı.
Görəsən nə olub bəs qardaşıma?
Nə işlər gəlibdi onun başına?
Hamı bir yanaydı Ruslan bir yana.
Sonra zəng eylədi tez Gülca-
hana.
Hal -əhval eylədi, sordu Ruslanı.
Söylədi: nigaran qalıbdı canı.
Gülcahan onunçün verdi izzahat.
Ruslancün olma sən dedi nara-
hat.
Bilirsən , iş üçün xaricə gedir.
Tələsik olanda o, belə edir.
Hələ ki, mənə də zəng etmə-
yibdi.
Bəlkə də məsajın heç getmə-
yibdi.
Yaxud da tutmayır heç telefonu.
Günahkar bilmə sən , ay qardaş
onu.
Doğrusu budur ki, deyirəm düzü.
Bir gün zəng edəcək yəqin ki, özü….
*****
Varıydı onların böyük bacısı.
Çoxuydu bu qızın dərdi, acısı.
O,ərə getmişdi erkən yaşında.
Problemi çoxuydu onun başında.
Yoxuydu Çiçəyin heç güzaranı.
Evində qalırdı həmişə canı.
Müəllim olsa da məktəbdə Çiçək,
Evdə də hər işə o, baş çəkəcək.
Bu Çiçək iş-gücə çox alışmışdı.
Zəhmətkeş həyatla o,barışmışdı.
Qarabağ qazisi olmuşdu əri.
Çox zəif görürdü onun gözləri.
Döyüşdə almışdı qəlpə yarası.
Elə bil yoxuydu başın parası.
Həkimlər Rövşənə etdilər yardım.
Əmələ gəlirdi o, addım-addım.
Gözətçi işlədi Rövşən dükanda.
İşində olurdu istənən anda.
Onların bir qızı, bir oğlu vardı.
Uşaqsız bu dünya onlara dardı.
Uşaqlar böyüyüb çatdılar başa.
Artıq gəlmişdilər bəlli bir yaşa.
İllər bir- birini tez- tez qovurdu.
Ömürdən günləri sanki ovurdu.
Qızlar bulağından Günel su içdi.
Özünə ömür-gün yoldaşı seçdi.
Eyni fakultədə təhsil aldılar.
Birlikdə hər yana səs-küy saldılar.
Bu sevgi dillərdə olmusdu dastan.
Ayrı durmayırdı onlar bircə an.
Nəhayət Vüqargil elçi getdilər.
Günellə çox gözəl nişan etdilər.
****
Rizvan bürünmüşdü qəmə,
kədərə.
Fikiri gedirdi onun yüz yerə.
Bankdan pul götürüb aldı maşını.
Hər yanda gəzirdi o, qardaşını.
Ruslandan yoxuydu heç xəbər-
ətər.
Gün elə gəlirdi dünəndən betər.
İşində olurdu hər gün mühəndis.
Əhvalı olurdu günü-gündən pis.
Günlərin birində verdi bir qərar.
Deyirdi bu işdə nəsə bir iş var.
Fikirli-fikirli polisə getdi.
Bu haqda polisi xəbərdar etdi.
Sürətlə yayıldı xəbər hər yana.
Artıq od düşmüşdü bu şirin cana.
Yoxuydu Rizvanın gecə-gündüzü.
Bilmirdi neyləsin, nə etsin düzü.
Axtarış hər yerdə davam edirdi.
Söz-söhbət baş alıb yaman
gedirdi.
Gülcahan özünə bir əl qatmışdı.
İşini-gücünü artıq atmışdı.
Xəbərçün hər gündə polisə gedir.
Bezdirib, onları tamam dəng edir.
Hamıdan polislər izzahat aldı.
Bu xəbər aləmə səs-səda saldı.
Ev-eşik tutmurdu gələn qonağı.
Adamla dolurdu gündə otağı.
Bir gün də polislər evə gəlmişdi.
Demişdi, bu işlər mürəkkəb işdi.
Tamamən gəzdilər evi-eşiyi.
Suala tutdular hər bir kişiyi.
Bütün bu işləri gördüyü zaman,
Gülcahan söylənib-deyindi o an.
Sizləri anlaya bilməyirəm mən.
Nə üçün evləri gəzirsiz görən?
Sizlərə heç yoxdu mənim də sözüm.
Bilin ki,görürəm, kor deyil gözüm.
Olsaydı bu evdə əgər o, kişi,
Burda bəs nə idi polisin işi?
O, boyda kişidən yox xəbər- ətər.
Mənim öz dərdlərim özümə yetər.
Müstəntiq duruxub dedi:ay bacı,
Bilirəm, ağırdır çəkdiyin acı.
Bizlərdə belədir işin qaydası.
Yoxsa heç olarmı onun faydası?
Hər şeyi dərindən öyrənək gərək.
Sonra da bu işin xeyrini görək.
Darıxma düzələr sənin də işin.
Günlərin birində tapılar kişin….
****
Bu işin üstündən keçdi nə qədər.
Yoxuydu bu işdən ancaq bir xəbər.
Günlər bir-birini qovub gedirdi.
Hər kəs öz yoluna davam edirdi.
Dunyaya gəlməyib sanki bu insan.
Nə izi, nə tozu yoxuydu bu an.
Onların lap yaxın qonşusu vardı.
Çox zaman qonşular birgə olardı.
Qonşunun varıydı bircə övladı.
Mehman qoyulmuşdu onun da adı.
Oğlana gözəl bir qız almışdılar.
Nişanla dünyaya səs salmışdılar.
Qonşunun dövləti aşıb-daşırdı.
Qız isə oğlana çox yaraşırdı.
Toy etmək zamanı gəlib çatmışdı.
Hamının başını bu toy qatmışdı.
Böyükdən kiçiyə hazırlaşırdı.
Onların sevinci aşıb-daşırdı.
Gözəldir hər yerdə yazın axşamı.
Belə bir axşamda yığışdı hamı.
Həyətdə çox gözəl çadır qurdular.
İçinə bər-bəzək, xalça vurdular.
Həyətdə caldılar,həm oynadılar.
Sanki oynamaqdan heç doymadılar.
Qonaqlar çadırda bax ola-ola.
Bir qismi üz tutdu gəlinçün yola.
Aradan keçmişdi azca bir zaman.
Gəlinlə döndülər hamısı o an.
Getdikçə artırdi gələn qonaqlar.
Ortadan çıxmırdı cavan uşaqlar.
****
Hər yana yayıldı bu toyun səsi.
Dəvət etmişdilər ora hər kəsi.
Gülcahan bu toya dəvət almışdı.
Fikirlər içində dərdə qalmışdı.
Bilmirdi o, toya getsin, getməsin?
Günahı yoxuydu orda heç kəsin.
Çəkmədi üzünə bir damcı boya.
Sadəcə geyinib üz tutdu toya.
Olduqca maraqlı bir toy gedirdi.
Qonşular ürəklə çıxış edirdi.
Ətrafa yayıldı musiqi səsi.
Ürəklə oynatdı orda hər kəsi.
Nərminin varıydı düz on bir yaşı.
Toya qarışmışdı hamının başı.
Ortada oynayıb gəzirdi bu qız.
Sanki parlayırdı orda bir ulduz.
Mələk tək mağara işıq saçırdı.
Güləndə üzündə güllər açırdı.
Başına çiçəkdən qoymuşdu bir
tac.
Gözəllik verirdi ona qıvrım saç.
Əynində varıydı qırmızı donu.
Atası kənardan çağırdı onu.
Mənim gözəl qızım, sən gəl belə
et.
Bu saat buradan əmingilə get.
Gödəkcəm onlarda qalıb dünəndən.
Onu gətirməni istərəm səndən.
Mağardan çıxaraq qız gülə-gülə,
Üz tutdu tələsik əmisigilə.
Aradan keçmişdi bir xeyli zaman.
Yoxuydu bu toyda içkisiz adam.
Hər şey öz yoluyla davam edirdi.
Olduqca maraqlı bir toy gedirdi.
Nərmindən yoxuydu hələ bir xəbər.
Atası düşündü, bu qədər yetər.
Bu kişi hər yerə səs-səda saldı.
Axı qız hardadı, bəs harda qaldı?
Ana bir tərəfdən, ata bir yandan.
Kənddə xəbər aldı bütün insandan.
Dəhşətə gəlmişdi kəndin adamı.
Nərmini gəzirdi evbəev hamı.
Axtarış hər gündə davam edirdi.
Evlərdə söz-söhbət qızdan gedirdi.
Yağlı bir tikə tək yoxa çıxmışdı.
Atanın, ananın evin yıxmışdı.
Ananın yollarda qalmışdı gözü.
Dilində bitmişdi bir Nərmin sözü.
Olmadı onların gecə-gündüzü.
O kənddə gülmürdü heç kimin
üzü.
Nənə üz-gözünə şıram çəkmişdi.
Sanki o,üzündə bir şum əkmişdi.
Günlər bir-birini qovub gedirdi.
Polislər hamını sorğu edirdı.
*****
Rizvan hey batırdı kədərə, qəmə.
Polislər ip ucu tapıblar demə.
Ancaq heç yoxuydu onun xəbəri.
Dolaşıq gedirdi bütün işləri.
Onlara gələrdi tez-tez bacısı.
Çoxuydu onun da dərdi, acısı.
Gözləri gəzirdi hər an Ruslanı.
Dərddən üzülürdü getdikcə canı.
Allahdan ümüdü kəsmirdi bir an.
Bir dəri, bir sümük qalmışdı inan.
Rizvana verirdi o, ürək-dirək.
Dözümlü olasan deyirdi gərək.
Ruslanın bir iş var yəqin başında.
Çöllərdə gəzməz ki,o,bu yaşında.
Mən elə bilirəm gələcək özü.
Bizlərə baxacaq qapqara gözü.
Ancaq o, qorxurdu, fikir edirdi.
Günlərin birində toya gedirdi.
Heç toyluq deyildi Çiçəyin halı.
Olduqca pisiydi onun əhvalı.
Könülsüz geyindi əyin-başını.
Sildi üz-gözündən axan yaşını.
Ətir də tökdü o, tez üst- başına.
Tələsik oturdu Çiçək maşına.
Onlar restorana gəlib çatdılar.
Kədəri, həm qəmi bir az atdılar.
Maşından düşürdü bir-bir adamlar.
Təbrikə gəlmişdi birlikdə onlar.
Salona girmişdi bəy ilə gəlin.
Çox gözəl günüydü bu gün bu elin.
Hər yana yayıldı musiqi səsi.
Toyda salamladı hər kəs hər kəsi.
Cavanlar oynayıb yallı gedirdi.
Hamı bəy-gəlini təbrik edirdi.
Masanın üstündə nə desən vardı.
Nəhayət bu məclis artıq qurtardı.
Ayrıldı məclisdən Rövşənlə Çiçək.
Mat qaldı aynada özünü görcək.
Dayanıb ordaca yumdu gözünü.
Yuxuda hiss etdi Çiçək özünü.
İnana bilmədi sanki gözünə.
Diqqətlə baxdı o, yenə özünə.
Bir qadın baxırdı kənardan bu an.
O, da mat qalmışdı Çiçəyə inan.
Çiçəyə səsləndi: sən mənim canım,
İndi dəb budurmu ,ay gözəl xanım?
Fikirli-fikirli Çiçək dayandı.
Yatmışdı elə bil indi oyandı.
Diqqətlə baxdı o, tez ayağına.
Qızartı çökmüşdü al yanağına.
İndi anlamışdı olub- keçəni.
Heç görən oldumu , ay Allah məni?
Ayağın birində qaşlı dik daban,
Alov tək parlayır elə bil bu an.
İkinci ayaqda başqadır görkəm.
Gülməli görünür olduqca bu dəm.
Dik daban deyil bu, yoxdu daş- qaşı.
Ayaqdan tez cıxır hər addım
başı.
Yerində donmuşdu elə bil Çiçək.
Gülməyə başladı yenidən görcək.
Çiçək gülməyirdi xeyli zamandı.
Rövşən ona baxıb pörtüb,utandı.
Qorxuya düşmüşdü baxdı hər yana.
Vahimə gəlmişdi sanki bu cana.
O, elə bildi ki, qız olub dəli.
Buz kimi olmuşdu ayağı, əli.
Düşündü, itibdi bunun qardaşı.
Yəqin ki, onunçün pozuldu başı.
Söylədi: nə oldu, ay Çiçək sənə?
Bir dayan, düzünü söylə gəl mənə.
Arvadı söylədi, bax ayağıma.
Gəl ona görə də düş qabağıma.
Qoy görən olmasın arxada məni.
Tutalğac eyləyim özümə səni.
Fikirli olmuşam, heç görmə-
mişəm.
Yaxşı ki , fikirdən mən ölməmi-
şəm.
Qorxutdun, ay Çiçək, qorxutdun məni.
Yəqin ki, mat qoydun səni görəni.
Diqqətlə qulaq as indi sözümə.
Sən nədən gülürsən axı özünə?
İşlərin axırı nə olur görək?
Gülmək yox, bu işə ağlamaq gərək…
*****
Aradan keçmişdi bir xeyli zaman.
Yatmışdı evində həmin Gülcahan
O, zəngin səsinə birdən oyandı.
Qapının önündə gəlib dayandı.
Həyətdə polislər gəlib dururdu.
Qapının zəngini tez-tez vururdu.
Gülcahan itirdi bu dəm özünü.
Heç deyə bilmədi kimsən sözünü.
Nəhayət qapını ehmalca açdı.
Qorxudan üzündə rəngi də qaçdı.
Bir polis tələsik önündə durdu.
Gəlinin qoluna qandalı vurdu.
Bizimlə getməli olacaqsan sən.
Buraya onunçün göndərildim
mən.
Gülcahan hər yerə səs-səda
saldı.
Polisdən eyni bir cavabı aldı.
Bölmədə hər şeyi bilərsən özün.
Bütün dəlilləri görəcək gözün.
Bəs nədir, de görüm mənim günahım?
Görərsən , tutacaq sizləri ahım.
Əri itən də mən, günahkar
da mən.
Bunları Allahım görmürmü görən?
Onların səs- küyü hər yeri aşdı.
Qonşular yığışıb ora toplaşdı.
Polislər bu qızı evdən aldılar.
Ordakı adamlar lap mat qaldılar.
Elə bil Çiçəyi ildırım vurdu.
Qardaşı gözünün önündə durdu.
Nə idi , ay Allah gəldi başıma?
Nə edib görəsən bu qardaşıma?
İnana bilmirəm polis sözünə.
Sözümü deyəcəm qızın özünə.
Nə qədər düşünüb getsəm
dərinə,
Nə edə bilər ki, gəlin ərinə?
Heç ağlım kəsməyir bu işdən mənim.
Eləsə əzrayıl qoy olsun qənim.
Hər yerə bu xəbər tezcə yayıldı.
Sonunda Gülcahan qatil sayıldı.
Boynuna almırdı əvvəl heç nəyi.
Yalanın olmadı ona köməyi.
Sonunda hər şeyin üstü açıldı.
Doğrular günəş tək düzə saçıldı.
****
Gecə də, gündüz də polis çalışdı.
Gecəsi gündüzə tamam qarışdı.
Rəhmanı tutmuşdu polis əvvəlcə.
İşləri görmüşdü onlar gizlicə.
Polislər qatili tutduğu zaman,
Hər şeyi boynuna almışdı Rəhman.
Hamını sorğuya tutanda demə,
Kişini qonşular veribmiş ələ.
Heç nəyi əvvəlcə yaxın qoymadı.
Yalan danışmaqdan bezib,
doymadı.
Elə ki, yemişdi şillə, qapazı,
Polisə satmışdı birinci qızı.
Müstəntiq hər gündə ora gedirdi.
Rəhmanı bolluca sorğu edirdi.
Sonunda bülbül tək danışdı Rəhman.
Eşidən dəhşətə gəlmişdi inan.
Dil açıb polisə söylədi kişi,
Gülcahanla birgə görmüşük işi.
Nə olsun,bəlli bir yaşa dolmuşuq.
Biz biri-birmizə aşiq olmuşuq.
Bir gün mən kafedə rast gəldim ona.
Gözümə göründü sanki bir sona.
Ürəkdən vuruldum mən Gülcahana.
Fikrimi söylədim bir axşam ona.
Danışıb, sonunda biz verdik qərar.
Dedi ki, evində görüşmək olar.
Çox zaman evində olmurdu
əri.
Başından aşırdı onun işləri.
Elə ki, çıxırdı evindən Ruslan,
Xəbəri verirdi mənə həmin an.
Aradan keçmişdi bir xeyli zaman.
Bir gün öz yanıma gəldi Gülcahan.
Gördüm ki, titrəyir dili , dodağı.
Qantərə batıbdı lalə yanağı.
Dedi ki, bir qorxu düşüb canıma.
Bir müddət gəlmə sən mənim yanıma.
Məndən şübhələnir deyəsən
Ruslan.
İstərdim biz ona quraq bir plan.
Götürək aradan biz bu Ruslanı.
Həsrətlə gözlərəm mən həmən anı.
Düşündük , sonunda biz verdik qərar.
Bir gecə yatanda öldürmək olar.
Sonra mən bazara, dükana getdim.
Ordan da lazımı bazarlıq etdim.
Salafan torbalar, bir mişar aldım.
Günlərlə xəyala, fikirə daldım.
Gülcahan zəng etdi bir gecə mənə.
Söylədi: yatırtdım Ruslanı yenə.
Qatdım yeməyinə yatmaq dərmanı.
Daş kimi uyuyur yataqda canı.
Sən gecə buraya yetir özünü.
Bu işə son verək, qırpma gözünü.
Gecənin yarısı mən orda oldum.
Nə qədər xəyala, fikirə doldum.
Qapını açaraq girdim otağa.
Diqqətlə baxdım o, yatan yatağa.
Xəlvətcə başının üstündə durdum.
Əvvəlcə başına bir güllə vurdum.
Otaqdan mən çıxdım sonra dəhlizə.
Söylədim bu əngəl olammaz bizə.
Məni gözləyirdi arvad dəhlizdə.
Birlikdə otağa qayıtdıq biz də.
Gördüm ki, var hələ xırıltı səsi.
Vurdum bir güllə də durdu nəfəsi.
Gülcahan sonra da eylədi yardım.
Sürüdük hamama lap addım-addım.
Ət kimi doğrayıb torbaya yığdım.
Torbanın ağzını bağlayıb sıxdım.
Zirzibil hamamda çıxmışdı dizə.
Cülcahan hamsını yığdı dəhlizə.
Hamamı mən yuyub tər-təmiz etdim.
Əynimi dəyişib dəhlizə getdim.
Bir-bir torbaları yığdım maşına.
Diqqət eyləyirdim yerin daşına.
Mən əmin oldum ki, qalmadı bir iz.
Ayrıldım ordan da çox sürətlə
tez.
Kəndin kənarına lap gəlib çatdım.
Bütün torbaları çalaya atdım.
Torpaqla doldurdum tez bu ça-
lanı.
Üstünə topladım otu-alanı.
Sonra da ayrıldım həmin məkandan.
Ruslandan qurtardıq elə o andan…..
****
Xəbər də yayıldı bütün hər yana.
Eşidən mat qaldı bu Gülcahana.
Gülcahan nə imiş? Deyilmiş insan.
Gör necə bir işlər görürmüş aman.
Rizvanın başında qarışdı ağıl.
Sanki dinləyirdi dəhşətli nağıl.
Nifrətlə baxırdı Rəhmana o an.
Bu qədər qəddar da olarmı insan?
Nifrətlə baxırdı qatil qadına.
O, ləkə gətirdi qadın adına.
Az qala əsəbdən o, partlayırdı.
Ağrıdan ürəyi lap çatlayırdı.
Düşündü getdikcə bir az dərinə.
Gülcahan xəyanət etmiş ərinə.
Əvvəlki Gülcahan deyil elə bil.
Ərini öldürüb olmuşdu qatil.
Bütün bu işləri onlar etmişlər.
Cəllad tək birləşib sona getmişlər.
Olduqca acıydı, bu xəbər acı.
Varıydı orada yaralı bacı.
Əlacsız-əlacsız Çiçək baxırdı.
Gözündən leysan tək yaşlar axırdı.
İnana bilmirdi ölüb qardaşı.
Ruslanı gəzirdi hər addım başı.
Heç nəyin yoxuydu daha əlacı.
Ağlaya-ağlaya qalmışdı bacı.
*****
Çiçəyin qudası gəlib-gedirdi.
Çiçəyiə bacı tək yardım edirdi.
Təsəlli edirdi onu hər zaman.
Onlara gəlirdi istənilən an.
Günelə pal-paltar alırdı Saray.
Üstə də qoyurdu cürbəcürə pay.
Bilmirdi nə etsin, bəs necə etsin?
Fikrindən kecirdi toyunu etsin.
Çiçəyə söz aça bilmirdi düzü.
Toydan söz salmağa gəlmirdi üzü.
Bilmirdi haradır işin harası?
Bilirdi təzədir onun yarası.
Ancaq heç Vüqar da vermirdi
aman.
Elə toy eyləyək deyirdi yaman.
Günlər bir-birini qovub gedirdi.
Hərə öz yoluna davam edirdi.
Hər yeri başına aldı karona.
Dərmanlar heç kömək etmirdi ona.
Hər gündə artırdı ölünün sayı.
İnsanlar oldular torpağın payı.
Bütün xəstəxana adamla doldu.
Həkimlər özləri karona oldu.
Çiçəyin də artdı bax hərarəti.
Ağlına gəlmirdi ömründə qəti.
İnana bilmədi olar karona.
Belə bir diaqnoz qoydular ona.
Getdikcə pisləşdi Çiçəyin halı.
Dəyişdi, pis oldu tamam əhvalı.
Sanki boğulurdu, çatmırdı nəfəs.
Qorxuya düşmüşdü evdəki hər kəs.
Sümüyün ağrısı artırdı yaman.
Heç dözə bilmirdi ağrıya bu an.
Gördü ki, Çiçəyin halı ağırdı,
Günel tez təcili yardım çağırdı.
Qanını götürüb təhlil etdilər.
Sonra da Çiçəyi alıb getdilər.
Təcili başlandı dava-dərmanı.
Ağrıdan yanırdı elə bil canı.
Artıq boğulmağa başladı Çiçək.
İndi anladı ki, olanlar gerçək.
Ağrıdan girirdi sanki min dona.
Oksigen balonu qoşdular ona.
Nə qədər alsa da o dava – dərman,
Qanın qatılığı artırdı hər an.
Baxdılar komaya düşübdü qadın.
Yazığı gəlirdi qohumun , yadın.
Heç nəyin yoxuydu ona köməyi.
Az qala dayansın hətta ürəyi.
İcazə yoxuydu görəsən onu.
Elə bil gəlmişdi dünyanın sonu.
Günelin yoxuydu gecə-gündüzü.
Gülmürdü bir anda bu qızın üzü.
Vüqarın qaraydı olduqca qanı.
Günelin yanında qalmışdı canı.
İşini , gücünü o, da atırdı.
Nə lazım olsaydı onu tapırdı.
Çiçəyin yanına yol salmışdılar.
Bu işə özləri mat qalmışdılar.
Artıq düz on günü olmuşdu tamam.
Hamı çox nigaran olmuşdu yaman.
Bu gün də təzə bir xəbər aldılar.
Sevinib hər yana tez səs saldılar.
Dedilər düzəlir Çiçəyin halı.
Yaxşı olacaqdır işlərin dalı.
Düzəlib bədəndə həm hərarəti.
Yaxşıya doğrudur həm vəziyyəti.
Yoxuydu sevincin həddi-hüdudu.
Tibbin qələbəsi görün ki, budu.
Sevincdən bilmirdi Günel nə etsin?
Çiçəyin yanına istədi getsin.
İcazə vermədi həkim görüşə.
Söylədi: düşməyin artıq təşvişə.
Duaçı olun siz yenə Allaha.
Çiçəyi sizlərə qaytardı daha.
Burdan çıxıb o,sevinə- sevinə.
Sabah da gedəcək vallah evinə.
****
Soyuq qış gecəsi,bir axşam çağı.
Görmək olmayırdı azca qabağı.
Getdikcə qaranlıq qatılaşırdı.
İtlərin səsləri həddin aşırdı.
Şərifin yoxuydu gecə-günduzü.
Fikirli olurdu, gülmürdü üzü.
Anası Aynurə sanki olmuş daş.
Su kimi axırdı gözlərindən yaş.
Nərminin yoxluğu öldürdü onu.
Ağlına gəlmirdi nə olar sonu?
Həmişə oturub fikir edirdi.
Xəyalən uzağa çıxıb gedirdi.
Mən günah eylədim, Allahım harda?
Nə üçün qoyursan sən məni darda?
Heç nə mən almadım , geydim bir donu.
Zülümlə böyütdüm ,axı bax onu.
Adi bir fəhlədir mənim yoldaşım.
Kafedə qab yudum, qarışdı başım.
Evimə gətirdim bir parça çörək.
Burnumdan gələydi elə bil gərək.
Heç kimlə olmayıb dava-dalaşım.
Ancaq nə zülümdür gör çəkim başım.
Ətrafda yaşayan qohum, qar-
daşdır.
Hamı bir -birinə dostdur, sir-
daşdır.
Evimdə böyüyür üç qız övladım.
Onlar olubdular ağzımda dadım.
Heç kimlə olmayıb bir düşmən-
liyim.
Hər zaman olubdu ancaq mənliyim.
Zəhmətlə dolandım, alın tərimlə.
Həmişə işlədim birgə ərimlə.
Heç bir vaxt olmadıq nəyəsə
möhtac.
Tox olduq ,heç zaman olmamı-
şıq ac.
Bəs harda qalıbdı mənim Nərminim?
Yanıbdı, kül olub imanım, dinim.
Hər yeri gəzmişik,biz dolanmışıq.
Haqqa, ədalətə arxalanmışıq.
Kəndin hər yerində gedib axtarış.
Evləri gəzmişik biz qarış-qarış.
Bütün zibilliyi gəzib, qazmışıq.
Mehriban xanıma məktub yazmışıq.
Axtaran, arayan sağ olsun,
çoxdur.
Ancaq heç Nərmindən bir xəbər
yoxdur.
Qırx yeddi gün keçib artıq aradan.
Yardımçı olsun qoy bizə yaradan.
*****
Şərif hər bir yeri gəzdi, dolandı.
Nərmini tapmağa hər an inandı.
Əlini hər yerdən bəzən üzürdü.
Sualın ardınca sual düzürdü.
İnana bilmirəm qohum, qardaşa.
Hər yerə getmişəm özüm bir başa.
Ancaq heç qızımdan yoxdu xəbərim.
Gor nələr görəcək mənim gözlərim?
Qırx yeddi gündür ki, öldüm-
dirildim.
Mehriban xanımı dayağım bildim.
Dövlət başçısına vardır inamım.
İlham Əliyevə gəlir gümanım.
Bilirəm, nə etsə onlar edəcək.
Bu işdə sonuna qədər gedəcək.
Papiros çəkirdi elə dalbadal.
Onun ürəyinə düşmüşdü bir xal.
O, birdən qorxurdu özü-özünə.
Nələr görsənirdi sanki gözünə.
Xəyallar içində itib-batmışdı.
İşini-gücünü tamam atmışdı.
Ay Allah, hardadır Nərmin görəsən?
Bu qədər acizmi oldum indi
mən?
Heç yerdən almıram bir xəbər-
ətər.
Bu gün də dünəndən gəlibdi
betər.
Ürəyi darıxdı, o, çıxdı yola.
Boylandı küçədə sağa, gah sola.
Hasarın dibində gördü ki, birdən,
Göylərə bir tüstü ucalır yerdən.
Getdikcə küçədə səs-küy artırdı.
Şərifin qulağı sanki batırdı.
Vəl-vələ düşmüşdü sanki canına.
Üz tutdu ocağın bu an yanına.
Ocağın kənarı adamla doldu.
Gözünə ilk dəyən qonşusu oldu.
Ocağa çox yaxın yerdə durmuşdu.
Üstəlik polisə o, zəng vurmuşdu.
Hər şeyi çəkərək lentə alırdı.
Boylanıb,hər yerə haray salırdı.
On bir il Şəriflə bir oxumuşdu.
Məktəbə birlikdə yol toxumuşdu.
Eyni bir küçədə yaşıyırdılar.
Qonşu tək bir adı daşıyırdılar.
Beş- altı ev vardı aralarında.
İlkin yer almışdı sıralarında.
Evlərlə doluydu sağı, həm solu.
İlkinin yanından keçirdi yolu.
Hər gündə bu yoldan Şərif gedirdi.
İlkini görəndə söhbət edirdi.
Hörmətli kişinin oğluydu İlkin.
Qəlbində yoxuydu heç kimə
bir kin.
Zəhmətkeş insandı İbrahim kişi.
illərdi dərs demək olmuşdu işi.
Hörmətli kişiydi el ağsaqqalı.
Bu günlər heç yaxşı deyildi halı.
Hamının dadına özü çatırdı.
Bir neçə vaxtdır ki,xəstə yatırdı.
Heç kimlə İlkinin olmurdi işi.
Savadlı etmişdi onu da kişi.
Şəriflə həmyaşıd olsa da İlkin,
Hec zaman olmurdu kefi kök,
nikbin.
Heç kimə dəyməzdi, nə dolaş-
mazdı.
Boş yerə həddini o, heç aşmazdı.
****
Şərif tez özünü ora yetirdi.
Tonqala baxanda başın itirdi.
İnana bilmədi görəndə özü.
Sanki kəlləsinə çıxmışdı gözü.
Şərifin qızıydı bax burda yanan.
Ağlını itirdi bu kişi inan.
Qurşağa qədər bu cəsəd yanmışdı.
Kösövə dönərək o, uzanmışdı.
Nərmini öldürüb ora atmışlar.
Kösövə döndərib,külə qatmışlar.
Aləm yığılmışdı bu küyə,səsə.
İcazə vermədi polis heç kəsə.
Qoymadı cəsədə yaxınlaşsınlar.
Nə də ki,həddini kimsə aşsınlar.
Ekspert Nərmini götürüb getdi.
Aynurə elə bil lap tufan etdi.
Şərifin evində qopmuşdu tufan.
Yer də ağlayırdı, göy də bax bu an.
Nənəsi Minayə duydu xəbəri.
Bir anda görmədi sanki, yerləri.
Risk edib cəsədə baxa bilmədi.
Ürəyi tutmuşdu, ancaq ölmədi.
Ağlayıb tökürdü o, göz yaşını.
Döyürdü divara, daşa başını.
Ay Allah, kim tutdu belə bir işi?
Kim oldu bu qədər axı nakişi?
Nərmini zülümlə böyütdüm özüm.
Qalmadı heç mənim deyəcək sözüm.
Bir parça uşağın nədir günahı?
Bunu kim edibsə qoy tutsun ahı.
Sonunda Nərmini dəfin etdilər.
Uşaqdan böyüyə dəfnə getdilər.
Kəndin məzarlığı adamla doldu.
Atayla, anaya olanlar oldu.
Artıq ümüdləri puça çıxmışdı.
Onların evini yıxan yıxmışdı.
Dəhşətə gəlmişdi kəndin adamı.
Qatılı tanımaq istərdi hamı…
****
Polislər İlkini göz altda aldı.
Bütün kənd bu işə tamam mat qaldı.
Bəs nədən İlkindən şübhə etdilər?
Bir başa polislər üstə getdilər?
İlkinin əmisi oğluydu Murad.
Polisdə işləyib çıxartmışdı ad.
Polislər evləri yoxlayan zaman,
İlkinin evinə qoymadı o an.
Dəlillər İlkini göstərdi qatil.
Murad yoxa çıxdı sanki elə bil.
İşindən istefa verdi o gecə.
Bu nədən eylədi,bunları necə?
Durduğu yerdəcə oldu işindən.
Sanki qurtulmuşdu öz keçmişin-
dən.
Cəsədə birlikdə od vurmuşdular.
Sonra da yanında bir durmuş-
dular.
İlkin hər bir şeyi aldı boynuna.
Gəlmişdi şeytanın sanki oynuna.
Eytiraf eylədi hər şeyi o an.
Bunların heç biri deyildi yalan.
O gün mən Nərmini axşam çağında,
Görmüşdüm evimin düz qabağında.
Söylədim Nərminə gəl gedək bizə.
Bir kitab verəcəm indi mən sizə.
Aparıb atana verərsən onu.
Çox yaxşı olacaq işlərin sonu.
Çıxmaram heç zaman onun sözündən.
Kitabı istəyib mənim özümdən.
Yəqin ki, eşidib bilirsən sən də,
Atanın ən yaxın dostuyam mən də.
Kitablar yerləşir ikinci qatda.
Heç bir şey yoxdur ki ,bu evin altda.
Mənimlə gəl çıxaq ikinci qata.
Yəqin ki, gözləyir səni də ata.
İkinci qata o, qaldırır qızı.
Bir alma gətirir gəngi qırmızı.
Nərminə verir ki, ye almanı sən.
Bu saat kitabı gətirərəm mən.
Gəl otur stulda, sən gözlə məni.
Bir azdan mən yola salaram
səni.
Nərminin heç nədən yoxdu xəbəri.
Maraqla seyr etdi bütün yerləri.
Birdən o,Nərminin önündə durdu.
Skoçu qəfildən ağzına vurdu.
Kəndirlə stula onu bağladı.
Artıq qız qorxaraq möhkəm ağladı.
Heç başa düşmürdü olub kecəni.
Deyə bilməyirdi bağlama məni.
Səsini çıxartma dedi Nərminə.
Qaranlıq olanda gələcəm yenə.
Qapı pəncərəni bərk -bərk bağladı.
Xəlvətcə Nərmini orda saxladı.
Qaranlıq bir gecə,soyuq bir otaq.
Varıydı orada buz kimi yataq.
Qorxudan uşağın dörd oldu gözü.
Heç yerə səs sala bilmədi özü…
****
İlkin evlənməyib, subay qalmışdı.
Tay-tuşu evliydi, arvad almışdı.
Anlaya bilmirdi eşidən , bilən.
İlkinə nə oldu indi görəsən?
Onunla qalırdı ata , anası.
Olmurdu deyirlər onun xatası.
Heç kim gözləməzdi ondan bu
işi.
İnana bilmirdi buna çox kişi.
Heç zaman qalmazdı xeyirdən,
şərdən.
Nə oldu görəsən bax buna birdən?
Hər gün məhkəmədə sorğu gedirdi.
Bütün kənd bu işə təccüb edirdi.
Sübut eyləsinlər qoy bir dəfəlik.
Kənddə yaranmışdı iki tirəlik.
Şayələr baş alıb çıxıb gedirdi.
Nə üçün bu İlkin belə edirdi?
Ağıla gəlməyən gəlmişdi başa.
Ürəklər dönmüşdü elə bil daşa.
Kimi deyirdi ki, İlkin etməyib.
Qatillər getdiyi yolu getməyib.
Yəqin ki, veriblər ona işgəncə.
Yenidən baxsın qoy bu işə
Gəncə.
İlkinin anası edirdi üsyan.
Günahsız yatır o, deyirdi bu an.
Heç zaman olammaz İlkinim
qatil.
Millətim,mən bunu deyirəm ki,bil.
Əminəm, İlkinim heç belə etməz.
Qatilin yoluyla heç zaman getməz.
Şəriflə Aynurə ağlayırdı qan.
Deyirdi qoy duysun bu Azərbay-
can.
Bu korpə Nərminin nədir günahı?
Qoy tutsun qatili bizlərin ahı.
İlkindir bu qatil, İlkindir qatil!
Ay elim,ay obam, bunu eşit, bil.
Yoxmu ürəyində sevgi, məhəb-
bət.
Bu ürək daş olub yəqin ki, əlbət.
Qatil ürəyində axan qan deyil.
Zəhərdir qanı da sanki elə bil.
Ürəyi daş olub,sevgisi zəhər.
Həyatımı etdi ölümdən betər.
Ömürlük yaradır bu kürəyimdə.
İnsafı olmayıb heç ürəyində.
Çəksin cəzasını layiqi qədər.
Omürlük bəxş etdi o, mənə
kədər.
Yandırır balamın ölümü məni.
Lənətə gələsən, ay qatil səni!
Məni ovundura biləmməz heç kəs.
Nərminlə alırdım həmişə nəfəs.
Mənim nəfəsimi əlimdən aldı.
Bizləri ölümcül günlərə saldı.
Soyuq məzardadır mənim Nərminim.
Dövlətimdən başqa yoxdu heç
kimim.
Ürəyim dolubdu nufrətlə, kinlə.
Dövlət çəkəcəkdi hesab İlkinlə.
****
Qonşular oldular qanlı bir düşmən.
Sanki dost deyildi elə bil dünən…
Kəndin üzərinə çökmüşdü kədər.
Bəxtinə yazılmış onların qədər.
Həyat öz yoluyla davam edirdi.
İnsanlar yığılıb toya gedirdi.
Vüqargil həyətdə çadır qurmuşdu.
Vüqar evliliyə möhür vurmuşdu.
Çox gözəl, maraqlı bur toy gedirdi.
Günel sevinirdi həm rəqs edirdi.
Rəna Qurbanlı (Qılıcova) – pressaz.az