Qarabağ Qazisi Arif Məhərrəmov: ” . Qardaşım Akif Məhərrəmov Qarabağ uğrunda döyüşlərdə qəhrəmanlıq şücaəti ilə Şəhadətə ucalaraq Şəhid oldu”
Xalqımın dəyərlilərinə, Gəncə və Gəncəlilərlə bağlı xoş təəssüratlarım olan tarixi məqamları bölüşmək istəyirəm. 1994 – cü ildə Prezident Aparatında yanvar ayında 20 yanvar faciəsi ilə əlaqədar tədbirə mən də dəvət almışdım. Həmin tədbirin yekununda Cənab Prezident Dahi Şəxsiyyət Heydər Əliyevlə olan növbəti görüşüm əsasında mənim Vətən ve Xalq qarşısında olan qəhrəmanlıq şücaətlərimdən ibarət xidmətlərimi görüşdə olan Dövlet Nazırlərinə, Millət Vəkillərinə, Dövlət rəhbərlərinə mənim əzablı həm də şərəfli ömür yollarımdan danışarkən məni Canlı Qəhrəmanlıq Eksponatı adlandıraraq, hər bir Dövlət məmuruna mənə yüksək dəyər vermələrini tapşirandan sonra məhz özünün tapşırığı ilə əlaqədar böyük miqdarda pul mükafatla qiymətləndirilərək evimə catdırılandan sonra yüksək səviyyədə həyat şəraitimi yaxşılaşdıracaqdım, amma həmin ərəfədə döyüşcü qardaşım qışın çovğun soyuq anlarında cox narahat vəziyyətdə döyüşçülərə kömək etmək lazım oldugunu bildirərək Gəncəmizin – Azərbaycanımızın qorunmasında Toganada – Murov istiqamətində cətinliklərimiz var. Sonra həyəcanlı səsi ilə bildirdi ki, neçə igidin don vurmadan əllərini və ayaqlarını amputasiya ediblər – deyəndə dedim ki, hər şeyi anladım. Tecili sagollaşıb tədbir görməyə başladım. Beləliklə, qəhrəmanlıq şücaətlərimi qiymətləndirən Prezidentin pul mükafatına yun saplar alaraq Nərimanov icra başcısı Mübariz Rəcəbovla birgə iclas keçirərək adı çəkilən rayonun məktəb rəhbərlərini çagıraraq corab ve əlcəkləri təcili toxumaq üçün yun sapları paylamaqda İslam adlı məsul işçiyə bizə dəstək üçün təşkilatçılıq köməyi göstərmək tapşırığı esasında məktəblərə ve sonra səhərə kimi əhaliyə paylamışıq. İki gün ərzində ana – bacılarımız yatmadan corabları və əlcəkləri toxuyandan sonra bu yardımla yanaşı , isti paltar ve ərzaq yardımlarımla Bakıdan Gəncəyə gedərkən şəxsən ordu generalı Nəcməddin Sadıqovun tapşırıgı ile ya biz geriye Bakiya qayitmalıydıq, ya da onun tapşırığına əsasən orduya yardımın gətirilməsi aşağılayıcı hereket kimi getirdiyim yardımlar yandırılaraq məhv edilməliydi. Men qaldıgım Kəpəz mehmanxananın yaxınlıgında yerləşən Gəncə radiosunun vasitesi ile aglayaraq əhaliyə müraciət edərək kömək istədim. Bir neçə dəqiqədən sonra Gəncə əhalisi və vaxtikən məni qoruyan Lotu Olimin köməkliyi ile N. Sadıqov tərəfindən məhv edilməkdən xilas edilərək yardımlarımı Gəncədən salamat Toganiya və həmçinin birbaşa döyüş səngərlərineə catdıra bildim. Mən döyüş bölgəsinə catdıgım ərəfədə mənə növbəti əngəlləri töreden ermənilər olsa da, bu dəfə məni ölümün pəncəsindən xilas edən qardaşım Akif Məhərrəmov və onun döyüşçü dost, qardaşları oldu. Qardaşım Akif Məhərrəmov həmin ərəfədə yaralandı və bir neçə aydan sonra Qarabağ uğrunda döyüş zamanı qəhrəmanlıq şücaəti ilə Şəhadətə ucalaraq Şəhid oldu.
Qarabağ Qazisi Arif Məhərrəmov