Nəğməkar şair Nizami Qəribin sözlərinə yeni mahnı bəstələnib – VİDEO
Nəğməkar şair Nizami Qərbin yeni şerinə mahnı bəstələnib.
Pressaz.az həmin videonu təqdim edir:
ÜRƏYİM GÜLMƏDİ SƏN GEDƏN GÜNDƏN.
Hicran dənizində üzmək çətindi,
Yarsız bu dünyada gəzmək çətindi,
Vallah yoxluğuna dözmək çətindi,
Ürəyim gülmədi sən gedən gündən.
Ağrıdan, acıdan bezdim, usandım,
Sənsizlik oduna alışdım, yandım.
Sevinci özümdən uzaqda sandım,
Ürəyim gülmədi sən gedən gündən.
Məni yaman qoydu gümansız, əcəl,
Çatdırdı özünü zamansız, əcəl,
Dağ çəkdi qəlbimə amansız əcəl,
Ürəyim gülmədi sən gedən gündən.
Qəribəm, itirdim ömrün çoxunu,
Bağçamda kök saldı həsrət toxumu,
Fələk daşa vurdu tale oxumu,
Ürəyim gülmədi sən gedən gündən.
Nizami Qərib.
18.02.2018.