Əlilliyin qiymətləndirilməsi ilə bağlı bu qayda dəyişdi


Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası dəyişib.

Pressaz.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.Qərara əsasən, həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri göstərilməklə tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən həmin gün göndəriş tərtib ediləcək.