İsmayıl Yunuszadə : “İlham Əliyev tarix yazan və qalib liderlərdəndir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarix yazan və qalib liderlərdəndir.
 Prezident İlham Əliyev nadir şəxsiyyətlərdəndir ki, siyasi liderliklə yanaşı zəfər çalmış hərbi lider obrazını da özündə birləşdirir. Bu isə İlham Əliyevin potensialının daha bir hüdudsuzluğunun göstəricisidir. Məhz buna görə də o, ən çıxılmaz məqamlarda, bəzən başqaları üçün həlli mümkünsüz görünən məsələlərdə belə qətiyyətlə məsuliyyəti öz üzərinə götürür və məqsədinə çatır.

İlham Əliyev prezident və siyasi lider olaraq, dövlətin məsuliyyətini daşımaqla yanaşı, beynəlxalq və qlobal məsələlərdə də ciddi təsir gücünə malikdir.

27 sentyabr 2020-ci il Azərbaycan, region, hətta dünya üçün yeni tarixə çevrildi. Ermənistan növbəti dəfə təxribat törədərək, yeni torpaqlar işğal etmək üçün Azərbaycana hücum etdi.

Azərbaycan xalqı Ali Baş Komandanla həmrəylik, birlik, inam, etibar, yüksək vətənpərvərlik, əzmkarlıq nümayiş etdirərək bir nəfər kimi dövlət başçısının yanında olduğunu göstərdi. Əli silah tutan hər kəs ordu sıralarına yazılmaq üçün növbəyə durdu. Bu, yeni şanlı tarixin başlanğıcı, İlham Əliyevin uğurlu siyasətinin nəticəsi və böyük liderin qələbəsiydi. Bu siyasətin, bu birliyin nəticəsində yenilməz Azərbaycan ordusu 44 gün ərzində işğal olunmuş torpaqları azad, düşməni isə darmadağın etdi. Dövlət-xalq-ordu birliyi, İlham Əliyev siyasəti, xalqın liderinə olan inamı, Azərbaycan əsgərinin yüksək peşəkarlığı qarşısında Ermənistan kapitulyasiyaya məcbur oldu.
Nəhayət ki, haqq-ədalət yerini tutdu, 30 il davam edən işğala son qoyuldu.
Bu gün 8 noyabr Zəfər Günüdür.
Zəfər Günün Mübarək, Azərbaycan!

 

İsmayıl Yunuszadə

Gədəbəy rayon Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Üzvü

Pressaz.az