Hüquqşünas – şair Ədalət Əroğlu: ” ŞUŞA”

ALİ BAŞ KOMANDAN BAŞDA OLMAQLA AZƏRBAYCAN XALQININ ZƏFƏR GÜNÜNÜ TƏBRİK EDİRƏM. ZƏFƏRİ BİZƏ YAŞADAN BÜTÜN ŞƏHİDLƏRİMİZƏ ALLAHDAN RƏHMƏT, QAZİLƏRİMİZƏ İSƏ ŞƏFA DİLƏYİRƏM.

                     Ş U Ş A

Sabahların Xeyir, möhtəşəm Şuşa!
İki Türk bayrağım dayanıb qoşa.
Sevincdən millətim gəlibdir cuşa,
El-oba şəninə, mahnılar qoşa.
***
Qələbə sevincin bölüşəm gərək,
Ulu yurdum ilə görüşəm gərək,
Sarılıb boynuna, öpüşəm gərək,
El-oba şəninə, mahnılar qoşa.
***
Əsməsin Üstündən heç zaman külək,
Düşmən acısını biryolluq silək.
Vətən torpağının qədrini bilək,
El-oba şəninə, mahnılar qoşa.
***
Şuşa bayatımdır, Şuşa muğamım,
Bir daha yüksəldi, enməz Bayrağım,
Düşmənin kəsmişik yurddan ayağın,
El-oba şəninə, mahnılar qoşa.
***
Cıdır düzü, İsa bulağındayam,
Vaqiflə görüşmək arzusundayam,
Natəvan anamdan mən də bir payam,
El-oba şəninə, mahnılar qoşa.
***
Arzular sinəmdə bir meydan oldu,
İki doğma qardaş bütöv can oldu,
Türanım yolumda açan dan oldu,
El-oba şəninə, mahnılar qoşa.
***
Sən ey millətimin başının tacı,
İllərdir çəkirəm çox möhnət, acı,
Yalnız sənsən, dərdlərimin əlacı,
El-oba şəninə, mahnılar qoşa.
***
Şuşanın dağları, yaşıl yamacı,
Niyazi sevgisi, Bülbül inancı,
Qanla suvarıldı, yalı, yamacı,
El-oba şəninə, mahnılar qoşa.
***
Sənsən üzüyümün qaşı ay Şuşa!
Əzizdir torpağın-daşın, ay Şuşa!
Bir də dərd görməsin başın ay Şuşa!
Əroğlu şəninə, mahnılar qoşa.

QAFAROV ƏDALƏT İZZƏTOĞLU (ƏROĞLU)
Hüquqşünas, Şair
AZƏRBAYCAN JURNALİSTLƏR BİRLİYİNİN ÜZVÜ (AJB),
“Qızıl Qələm” Media Mükafatı laureatı,
“Ulu Öndər” Media Mükafatı laureatı
“YURD” Jurnalının Redaktoru.