Tədqiqatçı – yazar Məlahət İsmayılqızı: “İNANIRAM Kİ, QARABAĞDAN KEÇƏN YOLLAR GÖYÇƏDƏ BAŞA ÇATACAQ!”

XALQIMIZA 44 GÜNLÜK ZƏFƏR SƏLNAMƏSİNİ YAŞADAN
AZƏRBAYCANIN ƏBƏDİ PREZİDENTİ, MÜZƏFFƏR AZƏRBAYCAN ORDUSU VƏ AZƏRBAYCAN XALQI– BİRGƏLİYİN, BİRLİYİN VƏHDƏTİNDƏN DOĞDU BU ŞANLI QƏLƏBƏ!

ŞƏRƏFİMİZ YOLUNDA, TORPAQLARIMIZIN AZADLIĞI YOLUNDA CANLARINDAN KEÇƏN ŞƏHİDLƏRİMİZƏ UCA TANRIDAN RƏHMƏTLƏR DİLƏYİRƏM. QAZİLƏRİMİZƏ CANSAĞLIĞI VƏ BİZİMLƏ DAYANAN TÜRK CÜMHURİYYƏTİNƏ, QARDAŞ PAKİSTANA SONSUZ TƏŞƏKKÜRLƏR!
QƏLƏBƏMİZƏ ŞƏRİK OLAN DÜNYANIN BÜTÜN YAXŞI İNSANLARI VAR OLUN!

İNANIRAM Kİ, QARABAĞDAN KEÇƏN YOLLAR GÖYÇƏDƏ BAŞA ÇATACAQ! AMİN!

 

         QARABAĞ AZƏRBAYCANDIR!
(Ali Baş Komandan İlham Heydər oğlu Əliyevə ithafən)

İçimdəki bu fərəh, bu coşqu,
Azərbaycan torpağı alınsın gərək!
Düşmənin bağrı dəlinsin gərək!
Sənə, Sənə güvəndim Türk oğlu!

Yolumuz haqq yolu, Tanrı yolu,
Yolumuz həqiqət, doğru yolu,
Tanrı bizə yar, havadar oldu
Sənə, Sənə güvəndik Türk oğlu!

Heydər bəyin çörəyi halalın,
Ana yurduna sahib çıxdın,
Bir Millət, İki Dövlət,
Sənə, Sənə güvəndik Türk Oğlu!

Xainlər cəzasın alacaq,
Azərbaycan səni yaşadacaq!
Zəfər tarixini Sən yazdın,
Sənə, Sənə güvəndik Türk Oğlu!

Tədqiqatçı – yazar Məlahət İsmayılqızı