Qənirə Paşayeva:”Şəhid ailələri və qazilərin yanında olmaq hər birimizin mənəvi borcudur”… FOTO
44 günlük şanlı Vətən Müharibəmiz zamanı qəhrəmanlıqla şəhid olan bütün qardaşlarımızı rəhmətlə anır, qazilərimizə möhkəm can sağlığı diləyirik. Saatlıya səfər çərçivəsində Nəfəs İB-nin sədri Firəngiz Balakişiyeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, Qadın Sahibkarlar Assosasiyasının rəhbəri Səkinə Babayeva və adikeçən təşkilatların üzvlərinin də iştirak etdiyi görüşdə Saatlı rayonunun icra başçısı hörmətli Elmir Bağırovla geniş fikir mübadiləsi apardıq. Saatlıdan şəhid olan bütün qəhrəmanlarımızın qarşısında baş əyir, qazilərimizi sayğı ilə salamlayırıq.
Görüşdə iştirak edən, şəhid ailələrimizin və qazilərimizin yanında olan Nəfəs İctimai Birliyinə, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinə, Qadın Sahibkarlar Assosiasiyana bir daha təşəkkürümü bildirirəm. Şəhid ailələri və qazilərin yanında olmaq hər birimizin mənəvi borcudur.