Hüquqşünas, şair Ədalət Əroğlu:” Gəl, Ədalət işığına”… FOTO
GƏL, “ƏDALƏT İŞIĞINA”
Başı qarlı dağ görəndə,
Bar-bəhərli bağ görəndə,
Keyfimizi çağ görəndə,
Şükr edirəm Yaradana.
Bağça-bağda bar görəndə,
Alma, heyva, nar görəndə,
Xalqı bəxtiyar görəndə,
Şükr edirəm Yaradana.
Nə gözəldir budaqda gül,
Gəzəndə yarını bülbül,
Tellələndə sarı sünbül,
Şükr edirəm Yaradana.
Əzizim, yar işığına,
Xəbər ver saz aşığına,
Gəl, “Ədalət İşığına”,
Şükr edirəm Yaradana.
NƏDİR, ƏZABIM?
Bir təhər dəyirsən gözümə, dünya!
Baxmaq istəmirəm üzünə, dünya!
Bir dəfə də sən bax, sözümə, dünya!
Nədir, bu günahım, nədir, əzabım?
Əl çəkmir işindən, bu zalım fələk,
Qoymayır boy ata, ucala dilək,
Firtına qoparıb, eyləyir külək,
Nədir, bu günahım, nədir, əzabım?
Alovlandım, yandım bu od tüstünə,
Dəniz coşur, ləpələnir üstümə,
Bu şairi sən özündən küsdümə,
Nədir, bu günahım, nədir, əzabım?
Amandır, Allahım, kömək ol bizə,
Bir xəta gəlməsin zəmanəmizə,
Dünyada çatacaq, ədalət bizə?!
Nədir, bu günahım, nədir, əzabım?
İzzətoğlu gör, nələri daşıyır?
Dərdin yazır, qəm-kədəri daşıyır,
Bir həyat eşqi var, hələ yaşıyır,
Nədir, bu günahım, nədir, əzabım?
Hüquqşünas – şair Ədalət Qafarov (Əroğlu) – Pressaz.az