Derya Akdemir Qırğızıstan Orta Asiya tarixçilər və yazarlar birliyi tərəfindən Turan birliyi medalına layiq görülüb – FOTO
Derya Akdemir 1978-ci ildə Iğdırın Tuzluca rayonunda anadan olub. Əslən Qərbi Azərbaycanın Zəngibasar bölgəsinin Uluxanlı qəsəbəsindəndir. İllər əvvəl babaları Iğdırın Tuzluca rayonuna köçüblər. Orta məktəbi bitirdikdən sonra D.Akdemir təhsilini və fəaliyyətini Ankarada davam etdirib. Hal hazırda Anka Der Anka Azərbaycan Mədəniyyət və İncəsənət Dərnəyinin başqanıdır.
Bədii ədəbiyyatla da məşğul olan Dərya Akdemirin iki kitabı nəşr olunub. Sonuncu kitabı “Qaçaqaç hekayələri” Iğdırda və bütövlükdə Şərqi Anadoluda ermənilərin törətdiyi soyqırımlar barəsindədir.
Bir çox regional və beynəlxalq təşkilatın idarə heyətində Azərbaycanı layiqincə təmsil edən D.Akdemir bu yaxınlarda Qırğızıstan Orta Asiya tarixçilər və yazarlar birliyi tərəfindən Turan birliyi medalına layiq görülüb.
Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının Türkiyə Ankara nümayəndliyi yaradılıb.
Mənbə: https://www.facebook.com/270680613768735/posts/748115909358534/ Qərbi Azərbaycan TV
Pressaz.az