RAMİLƏ ATƏŞ: COCUQ MƏRCANLI
Cocuq Mərcanlı
C-ocuq Mərcanlıya səfər eylədim,
O-cocuq vaxtların yadıma düşdü.
C-ənnəttək göründü o ötən günlər.
U-nuldulmaz günlər, o əziz günlər.
Q-arşımda dayandı gənclik illərim.
M-əhəbbət, eşq dolu doğma illərim.
Ə-limdə gül-çiçək yaşıl çəməndə,
R-eyhanın, nanənin ətri gələndə
C-ənnətdə sanardım özümü hərdən.
A-nam sac üstündə kətə bişirər,
N-ərgizlə, Bənövşə bir-bir ötürər.
L-alə küsüb gedər, evdə gizlənər,
I-edib ağlayar, anam da beləcə bizi danlayar….