53 Saylı Tam Orta Məktəbin müəllim və şagirdləri Laçının işğalı günü Şəhidlər Xiyabanını ziyarət ediblər -FOTO VİDEO

Pressaz.az – ın məlumatına görə 18 May Laçın rayonunun işğalı günü 53 Saylı Tam Orta Məktəbin ibtidai sinif müəllimi Afaq xanım Allahverdiyeva öz şagirdləri ilə Şəhidlər xiyabanını və Fəxri Xiyabanı ziyarət etmiş, uşaqlara Qarabağ haqqında məlumat verib və Vətən uğrunda mübarizə apararaq canından keçən şəhidlərimizin məzarlarına çiçək dəstələri qoyaraq onların ruhunu hörmətlə yad etmişlər.  Sonda Ulu Öndərimiz Heydər Əliyevin məzarını ziyarət edib, çiçəklər qoyaraq Azərbaycan Himnini səsləndiriblər.Afaq müəllimənin bu gözəl təşəbbüsünə müəllim yoldaşları və valideynlər böyuk həvəslə qoşulublar.

Daim vətəninə, öz sənətinə sevgisi,  bağlılığı ilə seçilən Afaq xanım vətənpərvərlik sevgisini öz şagirdlərinə də aşılayır,  onları bu ruhda tərbiyə edir.

Pressaz.az saytı olaraq Afaq xanıma təşəkkür edir, ona uğurlar diləyirik.

 

 

Pressaz.az