SOLMAZ QƏRİBEL: BİLMƏM ARTIQ… – VİDEO

         

             BİLMƏM ARTIQ…

Bilməm artıq bu həyatın rəngi nə
Duman çöküb, gözlərimin dibinə.
Əl uzatdım,əl vermədin əlimə
Əl eylədin, dedin gözlə gələcəm.

Bilməm artıq bu həyatın rəngi nə
ləkə salma,sudan duru sevgimə.
Bir çöküb bax, eşqlə yanan gözümə
Yalandan söyləmə, gözlə gələcəm.

Bilməm artıq bu həyatın rəngi nə
Bir az səbr et, söyləyirəm səbrimə.
Qorxuram ki, öləndə də, qəbrimə
Yalandan yazıla gözlə gələcəm..

 

Pressaz.az