28 yaşlı gəncin meyitini xəstəxananın həyətinə qoyub qaçdılar – FOTO

Gəncədə Təcili Tibbi Yardım Xəstəxanasının həyətində meyit tapılıb.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, 1991-ci il təvəllüdlü Teymurov Tural Şakir oğlunun meyiti öz avtomobilində aşkarlanıb.

Onun meyitini avtomobili ilə birlikdə iki yoldaşı gətirərək xəstəxananın həyətində qoyub qaçıblar.

Gəncin narkotik maddənin yüksək dozada istifadə edilməsindən öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

 

Mənbə: www.oxu.az