RAMİLƏ ATƏŞ: HAMI ŞAİRLİK EDİR….
HAMI ŞAİRLİK EDİR….
Hamı şairlik edir,
Bəs romanı kim yazacaq?
Getməsə öz yolunu,
Vallah bu millət azacaq.
Uşağa qələm versən,
O da bir sətir yazacaq,
Açacaq sirrimizi,
Vallah bu millət yanacaq .
Iki sənət seçilir,
Zəmanənin qanunudur,
Biri “şairlik” edir,
O birisi də “ulduz” olur.
Milləti xəstə salıb,
Kor eyləyib gülən çoxdu.
Hara gedir bu millət
Həqiqəti yazan yoxdu.
Hamı şairlik edir,
Moşu indi yalan olub,
Qafiyə tapmaq üçün,
Dərddən özün asan olub.
Sözü tutdu-tutmadı,
Bir-birinə calaq edir.
Ay millət, söz qurtarıb,
İndi də nay-nanay edir.
Yoxsa da mərifəti,
Var bolluca məharəti,
Bir-iki lox da tutub,
Nallayacaq bu milləti.
Adını şair qoyub,
Şairlərin ovçusudu.
Özündən daim razı,
Ətrafından narazıdır.
Hamı şairlik edir,
Dərdimizi kim yazacaq,
Belə getsə deyəsən,
Qəbrimizi o qazacaq!
Yalançı, fırıldaqçı,
Başa bəla bu şairlər.
Gəzirlər el içində
Utanmadan, çəkinmədən.
Xalqı biabır edir,
Xalq sözünü bilməyənlər.
Düşmənə boyun əyir,
Öz xalqını sevməyənlər.
Pressaz.az