1 milyona yaxın şəxsin minimum əmək haqqı artırıldı – VİDEO

Pressaz.Az xezerxeber.az-a istinadən xəbər verir ki,  ötən gündən etibarən bir sıra dövlət qurumlarında işləyənlərin maaşları artırılıb. Bura sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, mənzil-kommunal, nəqliyyat, rabitə və digər sahələrdə işləyənlər aiddir. Bununla yanaşı, minimum aylıq əməkhaqqının məbləğinin artırılması haqqında verilən sərəncam da ötən gündən qüvvəyə minib.

Bu aydan etibarən dövlət büdcəsindən maliyyələşən 18 qurumun əməkdaşları 20-50 faiz artımla maaş alacaqlar. Bununla bağlı Nazirlər Kabinetinin etdiyi müvafiq dəyişiklik ötən gündən qüvvəyə minib. Bununla yanaşı, vətəndaşlar minimum əməkhaqqını da artımla alacaqlar.

Dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar 20-50 faiz artımla maaş alacaqlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbovun sözlərinə görə, maaş artımı aztəminatlı ailələrin sosial-rıfahının yaxşılaşdırılmasına təkan verəcək.

Minimum əməkhaqqının 250 manata çatdırılması isə ölkəmizi MDB məkanında ”Alıcılıq qabiliyyəti” indeksi üzrə 2-ci pilləyə çatdırıb. Fazil Talıbov deyir ki, bu artım həm əmək bazarına, həm də işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılmasına da müsbət təsir göstərəcək.

Qeyd edək ki, bu ilin əvvəlindən bu yana vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üçün ard-arda iki sosial paket qəbul olunub.