1 iyunda Müasir Psixologiya Mərkəzi, Park Bulvar və Voice Agency Shokki – Mokki brendinin dəstəyi ilə “Gələcəyə birgə addımlayaq” adlı xüsusi qayğıya ehtiyacı olan uşaqlar ücün festival
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Müasir Psixologiya Mərkəzi, Park Bulvar və Voice Agency Shokki – Mokki brendinin dəstəyi ilə bu günün əhəmiyyətinə uyğun Park Bulvarda Milli Uşaq Festivalı baş tutacaq. Layihənin 1 iyuna həsr olunmuş tədbirinin məqsədi Xüsusi Qayğıya Ehtiyacı Olan uşaqlara motivasiya vermək, cəmiyyətə adaptasiyasına dəstək olmaqdır. Onların sosial çevrəsinin genişlənməsi üçün təşkil olunan tədbirdə uşaqlar üçün maraqlı fəaliyyətlər nəzərdə tutulub. Belə ki, tədbirdə uşaqlar üçün əyləncəli interaktiv oyunlar, psixoloji qrup terapiyaları, art terapiya, masterklassların həyata keçirilməsi nəzərdə tutulub. Uşaqların əyləndirilməsi üçün animatorlar çıxış edəcək, musiqili proqram baş tutacaq. “Gələcəyə birgə addımlayaq” şüarı ilə Xüsusu qayğıya ehtiyacı olan uşaqlar geyim nümayişi edəcəklər.
Pressaz.az-ın məlumatına görə tədbir 1 iyun Park Bulvarın 1 ci mərtəbəsində 16:00 dan start verəcək
Pressaz.az