Əzimağa İbrahimov: “Millət vəkilliyinə iddialı şəxs olmaqla yanaşı mən sıravı sakin, vətəndaş, onlardan biriyəm”
İbrahimov Əzimağa Fəxrəddin oğlu 1984-cü ildə Sumqayıt şəhərində anadan olub. Orta təhsilini Sumqayıtda tamamlayıb. Ardınca Bakı Dövlət Universitetində beynəlxlaq hüquq ixtisası üzrə bakalavr, daha sonra İstanbul Universitetində magistr pilləsi üzrə təhsil alıb. Eyni zamanda biznesin idarəolunması üzrə magistr (MBA) dərəcəsi. Uzun müddət özəl sektorda hüquq sahəsində fəaliyyət göstərib. Hazırda da bu sahədə fəaliyyətini davam etdirir.
Peşəkar fəaliyyəti Sumqayıtla bağlı olsa da Xızı rayonu ilə də sıx bağlılığı mövcuddur. Əslən Xızıdan olan gənc namizədin yaxın qohumlarının bir hissəsi hazırda da Xızıda yaşayır. Buna görə həyatının böyük bir hissəsi Sumqayıt və Xızı ilə bağlıdır. Və məhz bu səbəbdən aid olduğu, bələd olduğu, insanlarını, iqtisadiyyatını, problemlərini tanıdığım bu dairədən namizədliyini irəli sürüb. O, Hesab edir ki, doğru olan da budur: “Seçicilərlə namizəd arasında hüquqi təmsilçilik ilə yanaşı, mənəvi bağ da olmalıdır. Bu bağ bizdə mövcuddür. Millət vəkilliyinə iddialı şəxs olmaqla yanaşı mən sıravı sakin, vətəndaş, “onlardan biri”yəm. Özümü belə hiss edirəm, seçicilər də məni belə görür. Heç bir partiyanın üzvü deyiləm. Müstəqil namizəd kimi qatılıram seçkilərə. İlkin olaraq ölkə səviyyəsində aparaılan islahatlar, gənclərə duyulan böyük etimad və ciddi dəyişikliklərin planlaşdırılması və qərarlaşdırılması. Son dövrə aparılan kadr islahatları, yeni yanaşma bir gənc olaraq məni də ümidləndirir və ölkənin ictimai-siyasi fəaliyyətdində daha fəal iştirak etməyə ruhlandırır. Vətəndaş olaraq bir çox nöqsan və çatışmazlıqların fərqində olmağım və onların aradan qaldırılmasında iştirak etmək istəyimi qeyd edə bilərəm. Son illərdə sosial medianın da vüsət alması ilə bərabər vətəndaşların aktivliyi daha da artmışdır. Artıq insanları narahat edən məsələlər qısa bir zamanda ictimailəşə bilir, ictimai qınağa məruz qala bilir. Şübhəsiz, gənclərin burada rolu çox böyükdür. Milli Məclis də dövlət ilə vətəndaş arasında artan bu ünsiyyətdə öz aktiv rolunu oynamalıdır. Bu da ancaq Milli Məclisdə dinamik, gənc, vətəndaşların dərdini öz dərdi kimi görən, peşəkar insanlarla mümkün ola bilər. Bu da öz növbəsində məni ruhlandırır və insanların səsi olmağa çağırır.
Namizədlik üçün imza toplayanda ilk addım və seçicilərlə ilk təmasımızdan sonra əmin oldum ki, doğru yoldayam.
Mənim baxışlarımın mərkəzində insan, yəni vətəndaş dayanır. Dövlət insan üçündür və əsas məqsədi vətəndaşlara xidmətdir. Millət vəkilliyinə iddialı şəxs kimi vətəndaşın yanında olmalıyıq.Dövlətimizə də sahib çıxmalıyıq və onun güclü olmasına çalışmalıyıq ki, nəticədə o, vətəndaşlara yüksək xidmət göstərə bilsin”.
Gənc namizəd Əzimağa İbrahimov bütün diqqət və enerjisini öz seçicilərinə yönəldib.
Bəxtiyar Mirmövsümov
Pressaz.az