Əməkdar artist yenidən xəstəxanaya yerləşdirildi – FOTO
Xərçəng xəstəliyindən əziyyət çəkən, “Toppuş bacı” ləqəbi ilə şou-biznesdə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyeva yenidən xəstəxanaya yerləşdirilib.
Pressaz.az xəbər verir ki, bu barədə aktrisa sosial media hesabında məlumat verib.
Əməkdar artist xəstəliyinin ağırlaşdığını bildirib:
“Yenə əvvələ qayıtdıq. Yenə bu sevimli, məndən əl çəkməyən 419-cu palata”.