Əməkdar artist Tünzalə Əliyeva xərçəngə qalib gəldiyini açıqlayıb

 

Ötən gün “Bizimləsən” verişinin qonağı əməkdar artist Tünzalə Əliyeva olub.

Pressaz.az xəbər verir ki, əməkdar artist göz yaşları içərisində xərçəngə qalib gəldiyini açıqlayıb:

“Dözə bilmədim, əlim əsə-əsə yığdım ay Röyal, ay Röyal düşdüm həyətə… hamı elə bildi ki, xəstə olduğuma görə ağlayıram. Mən sağalmışam, mən sağalmışam… Allahı qucaqlamaq istəyirəm, yerin tapa bilmirdim. Deyirdim, görən hara gedim ay Allah… Allahın yeri haradır ki, onun qarşısında diz çökəm. Deyəm ki, sənə təşəkkütr edirəm, Allahım! Sən məni balama, dostlarıma qaytardın. Təşəkkür edirəm, haqqınızı halal edin.