Əlyazmalar İnstitutu özünün 70 ilini qeyd edir – VİDEO

Pressaz.az xezerxeber.az – a istinadən xəbər verir ki, Əlyazmalar institutu özünün 70 ilini qeyd edir. Tarixi materialların qorunub saxlandığı, bərpa olunduğu bu institutda ən qədim əlyazmanın yaşı XII əsrə dayanır. Hətta buradakı əlyazmalardan bir neçəsi UNESCO-nun “Dünyanın yaddaşı” proqramına salınıb.
Bu institutda Məhəmməd Fizulinin ən qədim divanı da mühafizə olunur. Əsər Fizulinin ölümündən 16 il sonra köçürülüb. “Dünyanın yaddaşı” kitabına salınıb. İnstitutda qorunan ən qədim əlyazma isə İsmaYıl Cöhrəvinin “Əsri Hah” əsəridir.
Paşa Kərimovun dediyinə görə burada həm də elə şairlərin əsərləri qorunur ki, onları heç kim tanımır. amma onlar tarixdə iz qoyublar.
Qeyd edək ki, Azərbaycan əlyazmaları dünyada buradakılardan yüz dəfələrlə daha çoxdur. Ona görə də araşdırma aparılarkən dünyadakı arxivlərdən də istifadə olunur.