Əlsəfa Əhmədoğlu: “Kaş əlim olaydı”… VİDEO .

            Kaş əlim olaydı…

Sən soyuq olanda yaza bilmirəm,
İlhamım elə bil sənin əlində.
Yuxu ki,görürəm yoza bilmirəm,
Kaş əlim olaydı qara telində.!

Acılar çəkməkdi sanki hər günüm,
Sənə çatan deyil harayım,ünüm,
Axı nə vaxtadək qəmə bürünüm?
Kaş əlim olaydı qara telində.!

Ürəyin daşlaşıb,yox mərhəmətin,
Ömrümü puç edər bu cür həsrətin,
Bəs hanı əvvəlki o məhəbbətin,
Kaş əlim olaydı qara telində…

           Mən səni unutdum…
             ( bir dostum üçün)

Mən səni unutdum,düzünü bilsən,
Adını dilimə gətirməyəcəm.
Elə bir sinəmə dağı çəkmisən,
Bu zülmü mən daha götürməyəcəm.

Elə bil yox imiş olub,olacaq,
Qəlbin daşa dönüb soyuqlaşmısan.
Mənim ürəyimə həsrət dolacaq,
Sən ki, bu sevdadan uzaqlaşmısan.

Nə yaman inadın, hikkən varıymış,
Nədən göstərmədin öz insafını.
Biçarə Əlsəfa vallah dağıymış,
Necə daşıyacaq qəm karvanını…

 

Əlsəfa Əhmədoğlu -Pressaz.az