Ədalət Əroğlu:” ŞƏHİDİMİZ MAHİR XƏLƏFLİYƏ”…

ŞƏHİDİMİZ MAHİR XƏLƏFLİYƏ
          (Ruhuna ithafən)

Abidən ucaldı bulaq başında,
Sən qaldın bu elin qan yaddaşında,
Başına yığılıb dost-tanışın da,
Sən ey vətənimin qürurlu oğlu!
***
Mahir Xələfliylə öyünəm gərək,
Zəfər atəşiylə sevinəm gərək,
Büstünün önündə əyiləm gərək,
Sən ey vətənimin qürurlu oğlu!
***
Səninlə fəxr edir adını anan,
Göz yaşı axıdır Şəlalə anan,
Ruhun da səsləyir bizləri an, an,
Sən ey vətənimin qürurlu oğlu.
***
Açıldı sabaha ümüdlərimiz,
Keçmişi anırıq biz hər birimiz,
Dünyada tanındı İgidlərimiz,
Sən ey vətənimin qürurlu oğlu.

 

Hüquqşünas-şair;
Azərbaycan Jurnalistlər Birliyinin üzvü;
“Ulu Öndər” media mükafatı laureatı;
“Qızıl Qələm” media mükafatı laureatı.
Qafarov Ədalət İzzət oğlu (ƏROĞLU)

ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!

 

Pressaz.az